Sahel dövlətləri Beynəlxalq Cinayət Məhkəməsini tərk etməyi planlaşdırır
Icma.az, Azertag saytına istinadən bildirir.
Qahirə, 19 sentyabr, AZƏRTAC
Sahel dövlətləri (Mali, Burkina-Faso, Niger) Beynəlxalq Cinayət Məhkəməsinin üzvlüyündən çıxmağı və Sahel İnsan Hüquqları Məhkəməsini yaratmağı nəzərdə tutur.
AZƏRTAC “Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bu məsələlər Sahel dövlətlərinin ədliyyə nazirlərinin Nigerin paytaxtı Niameydə keçirilən toplantıda müzakirə edilib.
Nigerin Baş naziri Məhəmməd Tomba Sahel tədbirdə Beynəlxalq Cinayət Məhkəməsini tənqid edərək, onun qərarlarının yalnız Afrika dövlətlərini və həmin ölkələrin liderlərini hədəf aldığını bildirib. O, məhkəməni “azadlıq arzusunu boğmaq üçün imperialist qüvvələrə xidmət edən bir təzyiq aləti” kimi xarakterizə edib. Baş nazir vurğulayıb ki, Sahel dövlətləri Roma Statutuna üzvlüyə yenidən baxmaq istəyir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 19 Sentyabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















