Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini korrupsiyada ittiham etdi
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında Vaşinqtonun Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı qətiyyətli addımlar atmaq niyyətini müzakirə etdiyini açıqlayıb.
Bu barədə Netanyahu hökumətin həftəlik iclasının əvvəlində bildirib.
Onun sözlərinə görə, Rubio ABŞ-nin beynəlxalq ədalət sistemini və demokratik dövlətlərin suverenliyini təhdid etdiyini iddia etdiyi BCM-ə qarşı qəti tədbirlər görmək niyyətini təsdiqləyib. Netanyahu həmçinin BCM-in fəaliyyəti ilə bağlı sərt tənqidlər səsləndirib.
İsrail Baş naziri qeyd edib ki, BCM-in prokuroru Kərim Xanın vəzifəsindən kənarlaşdırılması məhkəmədə ciddi problemlərin mövcud olduğunu göstərir.
Qeyd edək ki, BCM 2024-cü ilin noyabrında Qəzza zolağındakı münaqişə ilə əlaqədar Benyamin Netanyahu və İsrailin sabiq müdafiə naziri Yoav Qalant barəsində hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ittihamı ilə həbs orderi çıxarmışdı. İsrail isə məhkəmənin yurisdiksiyasını tanımır.
İyulun 24-də isə BCM-ə üzv dövlətlərin Assambleyası Kərim Xanı cinsi qısnama ittihamları ilə əlaqədar vəzifəsindən kənarlaşdırıb. Qərarın lehinə 125 üzv dövlətdən 82-si səs verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 26 İyul 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















