Icma.az
close
up
RU
Sahib Məmmədov BMT nin İşgəncələr Əleyhinə Komitəsinin sessiyasında bəyanatla çıxış edib

Sahib Məmmədov BMT nin İşgəncələr Əleyhinə Komitəsinin sessiyasında bəyanatla çıxış edib

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin İsveçrənin Cenevrə şəhərində keçilən 82-ci sessiyasında iştirak etmişdir.

Səfər çərçivəsində BMT-nin İşgəncələr Əleyihnə Komitəsinin 82-ci sessiyasında iştirakla yanaşı, Sahib Məmmədov komitə üzvləri üçün brifinq keçirmiş, bəyanatla çıxış etmiş və komitə üzvlərinin suallarını cavablandırmışdır.

Xatırladırıq ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai birliyinin birgə Ermənistanın İşgəncələr Əleyhinə Komitəyə təqdim etdiyi 5-ci dövrü hesabata alternativ hesabat təqdim etmişdir. Alternativ hesabat BMT-nin rəsmi veb səhifəsində Ermənistanın dövrü hesabatı ilə birgə yerləşdirlmişdir.

Alternativ hesabatı BMT-nin veb səhifəsində aşağıdakı linkdə yerləşdilib.

Bəyanatın tam mətni aşağıda verilir.

BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin 82-ci sessiyası  (07 aprel-02 may 2025-ci il) Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai birliyinin birgə

                                                        Bəyanatı

Ermənistan dövləti BMT-nin İşgəncələr Əleyhinə Komitəyə təqdim etdiyi 5-ci  dövrü hesabatda Ermənstanda Konvensiyada əks olunmuş hüquqların təmin olunma vəziyyəti barədə həqiqəti əks etdirməyən məlumatlar vermidir. Hesabatın əhəmiyyətli hissəsini isə qonşu Azərbaycan dövlətinə həsr etmişdir. Ermənistanla Azərbaycan arasında  27 sentyabr 2020-ci ildə başlayaraq 10 noyabr 2020-ci ilədək davam edən 44 günlük müharibə zamanı döyüş əməlliyyatlarının gedişində Ermənistan ordusu tərəfindən əsir götürülmüş azərbaycanlı hərbiçilərə qarşı işgəncə, digər qəddar, eyri-insanı və ya  insan ləyaqətini alçaldan davranış və cəzalar tətbiq edilmişdir.

İkinci Qarabağ müharibəsi zamanı və müharibə bitdikdən sonra əsir götürlümüş hərbiçilərlə davranış

2020-ci il 27 sentyabr-10 noyabr tarxilərində baş vermiş müharibə zamanı Ermənistan azərbaycanlı əsrlərə və öldürlmüş hərbiçilərə münasibətdə işgəncə, qeyri-insani davranış, ləyaqəti alçaldan hərəkətlərə yol vermiş və bununla bağlı vidogörüntüləri və fotoşəkilləri sosial şəbəkədə yaymışdır. Məqsəd Azərbaycan ordusunda qorxu hissi yaratmaq, həmçinin nifrət olmuşdur. Təqdim olunan alternativ hesabatda baş vermiş işgəncə, qeyri-insanı və ləyaqəti alçaldan davranışlarla bağlı mənbələrə istinad edilməklə məlumatlar verilir. Verilən işgəncələr içərisidə yaralı əsrlərə əzab verilməsi və sonradan başlarının kəsilməsi kimi qeyri-insani hərəkətlər geniş tətbiq olunmuşdur.

Konvensiyanın pozulması halları

Hesabat dövründə Ermənistan Respublikasının müvafiq vəzifəli şəxslərinin hərəkəti və ya hərəkətsizliyi, bir çox hallarda bilavasitə iştirakı ilə azərbaycanlı əsrlərə münasibətdə Konvensiyanın müvafiq müddalarına zidd hərəkətlərə yol verilmişdir.

 Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan işgəncə anlayışı nöqteyi-nəzərindən yanaşdıqda əsirlərə 1) Güclü mənəvi və ya fiziki ağrı və əzab verilməsi halları baş vermişdir 2) Əsirlərə qəsdən və ya məqsədli şəkildə ağrı yetirilməsi halları baş vermişdir 3) Əsirlərdən məlumat əldə edilməsi zamanı onlara fiziki və psixoloji əzab verilmiş və alçaldıcı davaranışlar edilmişdir 4) Cəzalandırma və ya qorxutma kimi spesifik məqsədlər güdən hərkətlərə yol verilmişdir.

Konvensiyanın 2-ci maddəsində göstərildiyi kimi “heç bir müstəsna hal: müharibə vəziyyəti və ya təhlükəsi,daxili siyasi qeyri-sabitlik, yaxud hər hansı digər fövqəladə şərait - işgəncəyə bəraət qazandıra bilməz. Lakin Erəmistan hərbi komandanlığı əsirlərə münasibətdə konvensiyanın 2-ci maddəsini pozaraq əmr və göstərişlər vermiş, aşağı rütbəli hərbiçilər isə bu qeyri-insani hərəkətlərə yol vermişdir.

Birinci Qarabağ müharibəsi dövründə girov və əsir götürlümüş azərbaycanlılara dair heç bir məlumat təqdim edilmir

Dəfələrlə rəsmi müraciətlərə baxmayaraq Birinci və ikinci  Qarabağ müharibəsi zamanı girov götürlmüş və itkin düşmüş 3 979 nəfər haqqında Ermənistan heç bir məlumat təqdim etmir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri onların bir qismi ilə əsir və girov olarkən görüşmüşdür. Lakin sonradan həmin şəxslər barədə heç bir məlumat verilməmişdir. Ərazilər azad edildikdən sonra 18 kütləvi məzar yerləri aşkar edilib. Həmin dəfn yerlərində 662-nəfər şəxsin, o cümlədən ahıl və uşaqların qalıqları götürülərək idetifikasiya olunub və  onların vaxtilə Ermənistan tərəfindən girov və əsir götürlümüş şəxslər, o cümlədən uşaqlar və ahıl insanlar olması məlum olmuşdur.Həmin şəxslərin işgəncələrə məruz qalaraq qətlə yetirilməsi müəyyən edilmişdir.

Komitə üzvlərindən Ermənistan dövlətindən aşağıdakılar barədə suallar vermələrini xahiş edirik

İkinci Qarabağ müharibəsi zamanı azərbaycanlı əsirlərə verilən işgəncə halları Ermənistanın rəsmi orqanları tərəfindən araşdırlıbmı? Araşdırlıbsa cəzalananlar varmı?

Birinci Qarabağ müharibəsi zamanı girov və əsir götürlən şəxslər, o cümlədən uşaqlar, qadınlar və ahıllar haqqında məlumatlar niyə təqdim olunmur?

Sessiya zamanı komitə üzvləri bəyanatdakı sualları Ermənistanın rəsmi nümayəndə heyətinə ünvanlamışdır. Yaxın günlərdə Komitənin Yekum Müşahidələri dərc olunacaqdır.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Aprel 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri