Icma.az
close
up
RU
Sahib Məmmədov keçmiş “kurort naziri”ni vəzifəsindən azad etdi

Sahib Məmmədov keçmiş “kurort naziri”ni vəzifəsindən azad etdi

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Əbil Ağasiyev vəzifəsindən azad edilib.

Pravda.az-ın xəbərinə görə, Konfederasiyanın sədr müavini Sahib Məmmədov bununla bağlı müvafiq əmr imzalayıb.

Xatırlatma: Bir müddət öncə, Ə.Ağasiyevin rəhbərlik etdiyi “Kurort” Qapalı Səhmdar Cəmiyyəti “Turizm və Ekskursiyalar” Şurası ilə birləşdirilib. Qurumların bazasında Kurort-Turizm Mərkəzi yaradılıb və Ağasiyev rəhbərlikdən kənarlaşdırılıb. “Kurort” QSC-nin balansına “Abşeron” mədə-bağırsaq, “Bilgəh” kardioloji, “Qaranquş” uroloji, “Günəşli” nevroloji, “Şıx”, “Naftalan”, “Pirşağı”, “Xəzər”, “Şəki İstirahət Mərkəzi”, “Hacıkənd” İstirahət Evi, “Avtonəqliyyat” müəssisəsi, “Azərbkurorttikintitəmir” Birliyi, “Azərkurortlayihə”, Azərbminsugeokaptaj" respublika ekspedisiyası, “Kurort” Səhmdar Cəmiyyətinin Təchizat Birliyi və “Miras” Məhdud Məsuliyyətli Cəmiyyəti daxil idi. Ona görə Ə.Ağasiyev mətbuatda "kurort naziri" adlandırılırdı.

Qeyd: Əbil Ağasiyev 1958-ci ildə anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə “Neftçilər” xəstəxanasında kiçik tibb qardaşı kimi başlayıb. 1981-1982-ci illərdə M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasında həkim-intern, ali məktəbi bitirdikdən sonra “Naftalan” Kurort Birliyində həkim və şöbə müdiri vəzifələrində işləyib. 1986-cı il tarixdən “Qaranquş” sanatoriyasının şöbə müdiri, 1987-ci ildən isə baş həkimi vəzifələrində çalışıb. 2007-2024-cü illərdə “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışıb.  Əməkdar həkim, tibb elmləri doktorudur. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Əbil Rzaqulu oğlu Ağasıyev Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2018-ci il fevralın 5-də keçirilən V qurultayında AHİK sədrinin (Səttar Möhbalıyev) müavini vəzifəsinə seçilib. O, konfederasiyanın 2024-cü ildə istefaya göndərilən sədri Səttar Möhbalıyevin ən yaxın kadrlarından olub. 

Nadir Qurbanov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://pravda.az
archiveBu xəbər 07 Aprel 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see200

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see162

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see136

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see128

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see122

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see121

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see120

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see119

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see115

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri