Icma.az
close
up
RU
Sahibə Qafarova: “Azərbaycan və Türkiyə güclü regional əməkdaşlıq mühiti yaradır” Yeni Çağ Media

Sahibə Qafarova: “Azərbaycan və Türkiyə güclü regional əməkdaşlıq mühiti yaradır” Yeni Çağ Media

Icma.az bildirir, Yenicag portalına istinadən.

Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanla Türkiyə arasında münasibətlərin daha da genişləndirilməsinə təkan verib.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 6-da “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

O, sabah keçiriləcək konfransın əhəmiyyətinə toxunaraq deyib ki, tədbir iki ölkənin siyasi həyatında parlamentlərin rolu, qarşılıqlı əməkdaşlığının daha da gücləndirilməsi məsələlərinə həsr olunub. Eyni zamanda bu tədbir Azərbaycan və Türkiyə parlamentlərinin işbirliyi, birgə fəaliyyəti məsələlərinə də diqqət yetirməyə imkan verəcək.

Spiker Sahibə Qafarova dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin bütün sahələrdə uğurlu əməkdaşlığından məmnunluğunu bildirib. O, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının hər iki ölkə və xalqları arasında qardaşlığın ifadəsi olduğunu söyləyib.

Görüşdə vurğulanıb ki, iki ölkə bütün məsələlərdə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirirlər. Əlaqələrin dövlət başçılarının siyasi iradəsi və birgə səyləri sayəsində bu gün özünün ən yüksək səviyyəsinə – müttəfiqlik səviyyəsinə yüksəldiyi qeyd edilib. Vurğulanıb ki, Şuşa Bəyannaməsinin imzalanması münasibətlərin daha da genişləndirilməsinə təkan verib. Xüsusilə vurğulanıb ki, iki qardaş ölkə olaraq, Azərbaycan və Türkiyə güclü regional əməkdaşlıq mühiti də yaradır. Azərbaycan-Türkiyə birliyi regional sabitlik, təhlükəsizlik üçün olduqca mühüm amildir. Bu çərçivədə ölkələrin təşəbbüsü ilə yaradılan üçtərəfli əməkdaşlıq platformalarının əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirə dəvətə və göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirən Fuad Oktay növbədənkənar parlament seçkilərinin uğurla təşkili və yenidən Milli Məclisin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edib. O, Azərbaycanın bütün suveren ərazilərində keçirilən bu seçkilərin demokratiya və şəffaflıq şəraitində baş tutduğunu xatırladıb və Türkiyədən böyük bir heyətin seçkiləri müşahidə etdiyini diqqətə çatdırıb.

Fuad Oktay Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin qardaş ölkə olaraq Türkiyəni sevindirdiyini, bu gün işğaldan azad olunmuş ərazilərdə Azərbaycan bayrağının dalğalanmasının qürurverici olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin parlamentlər müstəvisində də uğurla davam etdirildiyi bildirilib. Parlament sədrləri, o cümlədən dostluq qrupları arasında sıx təmasların bu münasibətlərə mühüm töhfələr verdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında ötən il imzalanmış Əməkdaşlıq haqqında Saziş münasibətlərin daha da genişlənməsinə xidmət edir.

Söhbət zamanı parlamentlərin ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli əməkdaşlıq formatının da mövcud olduğu qeyd edilib. Xatırladılıb ki, bunlardan biri də Azərbaycan-Türkiyə-Gürcüstan formatıdır və bu günlərdə Ankarada hər üç parlamentin xarici əlaqələr komitələrinin növbəti görüşü keçirilib. Belə əməkdaşlığın regionda sülhə, sabitliyə və dialoqa töhfə verdiyi bildirilib.

Tərəflər beynəlxalq parlament platformalarında qarşılıqlı dəstək və birgə fəaliyyətin də vacibliyini xüsusilə qeyd ediblər. Bəzi dairələr tərəfindən iki ölkəyə qarşı ikili standartlar, təzyiq, şantaj, böhtan kampaniyaları aparıldığı bir şəraitdə parlamentarilərin qarşılıqlı fəaliyyətinin daha böyük önəmə malik olduğu vurğulanıb.

Söhbət zamanı TBMM-in komitə sədri Fuad Oktay Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmaması barədə qəbul etdiyi qətnaməni tənqid edərək deyib ki, AŞPA-nın bu qərəzli və haqsız qərarı təşkilatın özünün nüfuzuna və etibarlılığına xələl yetirir. O, qeyd edib ki, AŞPA bu səhvini düzəltməlidir və Türkiyə tərəfi də hər dəfə bu məsələ ilə bağlı xəbərdarlığını qarşı tərəfin diqqətinə çatdırır.

Görüşdə ötən ay Azərbaycanın evsahibliyi ilə yüksək səviyyədə keçirilən COP29 barədə də fikirlər ifadə edilib. Qeyd edilib ki, bəzi dövlətlərin boykot çağırışlarına baxmayaraq, COP29-a yüksək beynəlxalq maraq olub və çoxlu sayda ölkə və hökumət başçılarının tədbirdə iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu və nüfuzunu göstərir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 06 Dekabr 2024 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri