Icma.az
close
up
RU
Sahibə Qafarova Bolqarıstan Respublikası Milli Assambleyasının sədri ilə görüşdü

Sahibə Qafarova Bolqarıstan Respublikası Milli Assambleyasının sədri ilə görüşdü

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselova ilə görüşüb.

Redaktor.az xəbər verir ki, görüşdə Nataliya Kiselovanın Azərbaycana bu ilk səfərinin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inam ifadə olunub.

Milli Məclisin sədri Sahibə Qafarova QDİƏT PA-nın fəaliyyətdə olan sədri kimi sessiya çərçivəsində QDİƏT PA-ya sədrliyin Bolqarıstan parlamentinə təhvil veriləcəyini qeyd edib və bu təşkilatın parlamentlərarası əməkdaşlıq üçün mühüm bir platforma olduğunu bildirib.

Spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan və Bolqarıstan dost və strateji tərəfdaş ölkələrdir. Ölkələrimiz arasında siyasi əlaqələr, Prezident İlham Əliyevin və Prezident Rumen Radevin qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafında müstəsna rol oynayır. Qeyd edilib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə intensiv və məhsuldar əməkdaşlıq mövcuddur və enerji sahəsində əməkdaşlıq əsas sahədir.

Söhbət zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi qeyd olunub, humanitar, təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlığın, qarşılıqlı dil və mədəniyyət mərkəzlərinin fəaliyyətindən məmnunluq ifadə olunub.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan və Bolqarıstan arasında ikitərəfli və çoxşaxəli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərimizin qarşılıqlı fəaliyyətidir. Bu sahədə parlamentlərarası dostluq qruplarının birgə fəaliyyəti mühüm rol oynayır.

Söhbət zamanı parlament komitələri arasında münasibətlərin inkişafı, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın gücləndirilməsi barədə də danışılıb.

Görüş üçün təşəkkürünü bildirən Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselova Bolqarıstanla Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib və onun səfərinin də bu münasibətlərin göstəricisi olduğunu diqqətə çatdırıb. Qonaq ölkələrimiz arasında əlaqələrin inkişafı baxımdan QDİƏT PA-nın əhəmiyyətli bir platforma olduğunu qeyd edib.

Bolqarıstan Milli Assambleyasının sədri Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Veliko-Tarnovo şəhərinin Trapezitsa Arxeoloji Muzey

Qoruğunun bərpasının bolqar xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Söhbət zamanı o, regional və beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq, qarşılıqlı parlament dostluq qruplarının fəaliyyəti, parlament diplomatiyasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 İyun 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri