Sahibə Qafarova G20 ölkələrinin Parlament Sədrlərinin 11 ci Sammitində iştirak edəcək
Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına (CAR) işgüzara səfərə gedib.
Missiya.Az xəbər verir ki, Azərbaycan nümayəndə heyətini Keyptaun beynəlxalq hava limanda CAR parlamentinin İctimai nəzarət komitəsinin sədri Cedrik Tomas Frolik, Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Hüseyn Rəhimli və digər rəsmi şəxslər qarşılayıblar.
Milli Məclisin sədri səfər çərçivəsində "Böyük iyirmilik" (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində (P20) iştirak edəcək.
S.Qafarovanın sammitdə çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:Sahibə Qafarova Parlament Sədrlərinin konfransında çıxış edib
30 İyul 2025 13:54
Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib
29 İyul 2025 21:33
G20 Parlament Sədrlərinin Sammitində COP29 un nəticələri barədə məlumat verilib
02 Oktyabr 2025 15:52
Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Qadın Parlament Sədrlərinin 15 ci Samitində çıxış edib
28 İyul 2025 19:04
Sahibə Qafarova Beynəlxalq Parlament Konfransından DANIŞDI
10 Dekabr 2024 13:01
Baxış sayı:42
Bu xəbər 01 Oktyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















