Icma.az
close
up
RU
Sahibə Qafarova: Türk dünyasının birliyi strateji tərəfdaşlıq və ortaq dəyərlər üzərində qurulmalıdır

Sahibə Qafarova: Türk dünyasının birliyi strateji tərəfdaşlıq və ortaq dəyərlər üzərində qurulmalıdır

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 12 iyun, AZƏRTAC

Qazaxıstanın paytaxtı Astana şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 14-cü plenar iclasında çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Türk əsri: parlament diplomatiyasının rolu” mövzusunda təşkil olunan iclasda çıxış edən spiker S.Qafarova türk xalqlarının tarixi inkişafı, birliyi və çağdaş dövrdə əməkdaşlıq imkanlarından danışıb. Qeyd edib ki, türk xalqları geniş coğrafiyada yaşasalar da, tarix boyu bir-birindən ayrı düşməyib, oxşar inkişaf yolu keçiblər. Müasir dövrdə müstəqil və dayanıqlı inkişaf edən dövlətlərimizin fəaliyyəti bu birliyi daha da möhkəmləndirir.

Spiker vurğulayıb ki, bugünkü dövrdə türk birliyi qarşılıqlı hörmət və strateji tərəfdaşlıq əsasında yeni tarixi mərhələyə qədəm qoyur. “Dildə, fikirdə, əməldə birlik” prinsipi Türk dünyasının sabitliyinin və rifahının mühüm amilinə çevrilir. Dövlətlərimiz arasında dərinləşən siyasi əlaqələr və uğurla həyata keçirilən iqtisadi layihələr əməkdaşlığın yeni arxitekturasını formalaşdırır.

Sahibə Qafarova qeyd edib ki, sürətlə dəyişən dünyada qlobal çağırışlara qarşı kollektiv cavablar vermək vacibdir və Türk dünyası bu baxımdan nadir potensiala malikdir. Ortaq dil, tarix və dəyərlərə əsaslanan bu birlik sivilizasiya məkanıdır.

Azərbaycanın bu prosesə verdiyi töhfələrdən danışan Milli Məclisin sədri bildirib ki, Azərbaycan Türk dünyasının birliyinin möhkəmlənməsi üçün ardıcıl addımlar atır. Türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətində əsas prioritetlərdən biridir.

Spiker diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağda həyata keçirilən tədbirlər Türk dünyası üçün tarixi nailiyyətdir və yeni geosiyasi reallıqlar yaradıb. Bu, həm də regional inteqrasiyanın dərinləşməsi üçün yeni imkanlar açır.

Çıxışında TÜRKPA-nın fəaliyyətinə toxunan S.Qafarova bildirib ki, 15 ildən artıqdır uğurla fəaliyyət göstərən Assambleya ölkələrimiz arasında parlament diplomatiyasının inkişafında mühüm rol oynayır. Bu qurum həm qanunvericiliyin yaxınlaşdırılması, həm də aktual məsələlərin müzakirəsi üçün mühüm platformadır.

Spiker əlavə edib ki, parlamentlər dövlət başçıları səviyyəsində qəbul edilən qərarların həyata keçirilməsinə dəstək verməli, türk əsrinin institusional əsaslarının formalaşmasında fəal iştirak etməlidirlər. Qlobal çağırışlar – geosiyasi qeyri-sabitlik, iqlim dəyişiklikləri, informasiya təhlükəsizliyi və digər məsələlərdə əməkdaşlıq daha da gücləndirilməlidir.

Çıxışının sonunda Milli Məclisin sədri vurğulayıb ki, XXI əsr türk xalqları üçün inkişaf və yüksəliş dövrüdür. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu əsr Türk dünyasının inkişaf əsri olmalıdır. Spikerin sözlərinə görə, bu məqsədə yalnız birlik və həmrəylik yolu ilə nail olmaq mümkündür. Azərbaycan parlamenti TÜRKPA çərçivəsində əməkdaşlığa bundan sonra da böyük önəm verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see197

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see161

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see154

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see151

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see144

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri