Sahibə Qafarova: Əlaqələrimiz üçtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Cari ilin may ayında Laçında keçirilmiş Üçtərəfli Zirvə Görüşündə ölkə liderlərimizin – cənab İlham Əliyevin, cənab Rəcəb Tayyib Ərdoğanın və cənab Məhəmməd Şahbaz Şərifin qətiyyəti sayəsində qardaş ölkələrimiz arasındakı əlaqələrin artıq üçtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin şahidi olduq.
Modern.az xəbər verir ki, bunu Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün yekun iclasındakı çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, dünyanın geosiyasi xəritəsinə nəzər yetirsək, hər halda, belə yaxın əlaqələrə malik olan başqa üç ölkəyə çox nadir hallarda rast gələrik. Spiker vurğulayıb ki, Azərbaycan, Pakistan və Türkiyə arasındakı bu üçtərəfli əlaqələr həqiqətən də strateji tərəfdaşlıq xarakteri daşıyır.
"Sahibə Qafarova qeyd edib ki, ölkələrimiz arasında — istər Azərbaycan–Türkiyə, Azərbaycan–Pakistan, istərsə də Türkiyə–Pakistan əlaqələri baxımından qarşılıqlı dəstək, birlik və həmrəylik ən yüksək səviyyədədir. Bu əlaqələr dövlətlərarası münasibətlərin demək olar ki, bütün istiqamətlərini əhatə edir və gün keçdikcə daha da möhkəmlənir və dərinləşir"- o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 14 Oktyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















