Sahibə Qafarova xarici səfərlərlə bağlı rəqəmləri AÇIQLADI
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milli Məclisin 27 deputatı tətil dövründə 14 xarici ölkəyə 32 səfər həyata keçirib.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 30 sentyabr 2026-cı il tarixli plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, tətil dövründə qanunvericilik işinə fasilə verilsə də, Milli Məclisin beynəlxalq fəaliyyəti davam edib.
“Bu dövrdə Milli Məclisin 27 deputatı 14 xarici ölkəyə 32 səfər həyata keçirib. Deputatlarımız 4 beynəlxalq təşkilatın tədbirlərində iştirak edib, habelə Qazaxıstanda və Rusiyada keçirilən parlament seçkilərini müşahidə ediblər”, - deyə Sahibə Qafarova qeyd edib.
Sədrin sözlərinə görə, həmin dövrdə 14 ölkənin və 4 beynəlxalq təşkilatın 24 nümayəndə heyəti, ümumilikdə 142 nəfər xarici qonaq Milli Məclisdə olub.
Sahibə Qafarova qeyd edib ki, ötən dövrdə bir sıra xarici ölkələrin nümayəndələri ilə Milli Məclisdə ikitərəfli görüşlər keçirib.
“Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini, Fələstinin və Tacikistanın baş nazirləri, Pan-Afrika Parlamentinin Prezidenti, TürkPA-nın Baş katibi, Gürcüstan parlamentinin sədr müavini, Çin Xalq Respublikasının hakim partiyasının rəhbər vəzifəli şəxsi və başçılıq etdikləri nümayəndə heyətləri, yenə də Çin Xalq Respublikasının və Özbəkistanın baş prokurorları ilə görüşlər Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı baxımından əhəmiyyətli idi”, - deyə o bildirib.
Sədr əlavə edib ki, Pan-Afrika Parlamentinin Prezidenti Fatih Boutbiq ilə görüşdən sonra Pan-Afrika Parlamenti ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında Anlaşma Memorandumu imzalanıb.
“Bu, şəbəkənin yarandığı 5 il ərzində artıq onun imzaladığı 10-cu əməkdaşlıq sənədidir”, - deyə Sahibə Qafarova vurğulayıb.
O bildirib ki, həmin dövrdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və Almaniyanın yeni təyin olunmuş səfirləri ilə də Milli Məclisdə görüşləri olub.
NURİYYƏ
Baxış sayı:80
Bu xəbər 30 Sentyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















