Sahibkar ABB Bankdan narazıdır: “10 dəfə müraciət etmişik”
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sahibkar ABB Bankın xidmətindən narazıdır
Gununsesi.info xəbər verir ki, sahibkar ABB Bankın kassa aparatının bank sisteminə inteqrasiyası ilə bağlı müraciətinin uzun müddətdir nəticəsiz qalmasından narazıdır.
Şikayətçi bildirib ki, ayın 9-dan etibarən özünə məxsus kassa aparatının ABB Bank sisteminə inteqrasiyası ilə bağlı banka müraciət edib. Onun sözlərinə görə, bu müddət ərzində məsələ ilə bağlı təxminən 10 dəfə bankla əlaqə saxlanılıb, həmçinin Yasamal filialına şəxsən müraciət edilib.
Şikayətçinin sözlərinə görə, filialda bildirilib ki, əməkdaşlar məsələ ilə bağlı yalnız baş ofisə elektron məktub göndərə bilirlər. Lakin buna baxmayaraq, müraciətin icrası ilə bağlı konkret cavab və ya həll yolu təqdim edilməyib.
Sahibkar məsələ ilə bağlı bank rəhbərliyinə müraciət edərək şikayətinin araşdırılmasını və kassa aparatının inteqrasiyasının niyə bu qədər müddət ərzində həyata keçirilmədiyinə aydınlıq gətirilməsini istəyib.
Qeyd edək ki, məsələ ilə bağlı ABB Bankın mövqeyini dərc etməyə hazırıq.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 30 Sentyabr 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















