Sahibkar hakim qarşısına çıxır 3 qadının həlak olduğu cinayət işi məhkəməyə göndərildi
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Naxçıvanda 3 nəfərin ölümünə səbəb olan hadisə ilə bağlı açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
Bakupost.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun məlumatına görə, Şahbuzda gölməçədə 3 nəfərin boğularaq ölməsi ilə bağlı cinayət işi məhkəməyə göndərilib.
Sentyabrın 4-də saat 22 radələrində Naxçıvan sakinləri – 2011-ci il təvəllüdlü Ceyran Hüseynova, onun 1983-cü il təvəllüdlü anası Sevinc Hüseynova və 1947-ci il təvəllüdlü nənəsi Səkinə Məmmədovanın Şahbuz rayon Ayrınc kəndində yerləşən fərdi yaşayış evində istirahətdə olarkən həyətyanı sahədə yerləşən gölməçədə kustar üsulla düzəldilmiş üzən platformanın aşması nəticəsində boğularaq ölmələri ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsində araşdırma aparılaraq cinayət işi başlanılmışdı.
İbtidai istintaqla Hikmət Qurbanlının daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyət növü üzrə fərdi sahibkar kimi fəaliyyət göstərdiyi dövrdə vəzifəli şəxs kimi işə vicdansız və ya laqeyd münasibəti nəticəsində ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Hikmət Qurbanlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, yəni ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq tamamlanaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Şahbuz Rayon Məhkəməsinə göndərilib.
Bu mövzuda digər xəbərlər:Netanyahu məhkəməyə çıxır: 3 cinayət işi və 10 il cəza
10 Dekabr 2024 10:23
Vardanyanın cinayət işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ
28 Dekabr 2024 17:10
Separatçıların cinayət işi məhkəməyə göndərildi
17 Dekabr 2024 14:29
Sabiq partiya sədri hakim qarşısına çıxır KONKRET
22 Noyabr 2024 12:37
Baxış sayı:104
Bu xəbər 24 Noyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















