Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

SAHİBKARIN İDDİASINA GÖMKRÜK KOMİTƏSİNDƏN CAVAB “Müvafiq gömrük bəyannamələri təqdim edilməyib”

SAHİBKARIN İDDİASINA GÖMKRÜK KOMİTƏSİNDƏN CAVAB “Müvafiq gömrük bəyannamələri təqdim edilməyib”

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Hurriyyet.az saytında dərc olunan “Azərbaycan gömrüyündə BÖYÜK RƏZALƏT - Dövlət Gömrük Komitəsi sahibkarı necə müflis etdi...” sərlövhəli yazıya DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən reaksiya verilib. Qurumdan redaksiyamıza daxil olan məktubu olduğu kimi dərc edirik:

“Bir sıra media qurumlarında xaricdən kartof idxal edən sahibkarın gömrük orqanları tərəfindən yaradılan əngəllər nəticəsində malını rəsmiləşdirə bilmədiyinə dair  həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən  gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir.

Fiziki şəxs Məhərrəmov Azər Sadıq oğlu tərəfindən Misir Ərəb Respublikasından ölkə ərazisinə ümumilikdə 58 nəqliyyat vasitəsilə “ərzaqlıq kartof” yükü gətirilib. Həmin nəqliyyat vasitələrindən 27-də olan “ərzaqlıq kartof” yükü vaxtında təqdim olunan müvafiq gömrük bəyannamələri əsasında rəsmiləşdirilərək buraxılışı həyata keçirilib.

Misir Ərəb Respublikasından ölkə ərazisinə 31 nəqliyyat vasitəsilə gətirilmiş “ərzaqlıq kartof” yükündən 29-na qeyd olunan müddət keçməsinə baxmayaraq müvafiq gömrük bəyannamələri təqdim edilməyib.

2 nəqliyyat vasitəsində gətirilmiş mallara görə isə bəyannamə təqdim edilsə də qanunvericilikdə nəzərdə tutulan gömrük ödənişləri ödənilməyib.

Bununla əlaqədar olaraq Gəncə Gömrük İdarəsi tərəfindən idxalatçı Məhərrəmov Azər Sadıq oğluna  6 və 14 may tarixlərində  məktublar ünvanlanaraq yüklərə dair müvafiq gömrük bəyannamələrinin təqdim edilməsi, o cümlədən yaranmış gömrük borcunun ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə malların buraxılışının həyata keçirilməsinin mümkünlüyü barədə məlumat verilib.

Buna baxmayaraq, idxalatçı tərəfindən qanunvericilikdə nəzərdə tutulan gömrük ödənişləri ödənilməyib, həmçinin yarana biləcək gömrük borcuna görə təminat verilməyib, qanunvericiliklə müəyyən olunan zəruri əməliyyatlar həyata keçirilməyib. 

Qeyd olunan məsələ ilə bağlı idxalatçıya yazılı şəkildə bir neçə dəfə xəbərdarlıq göndərilib və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, həmçinin nəqliyyat vasitələrinin sürücüləri ilə dəfələrlə müzakirələr aparılıb, qanunvericiliyin tələbləri onların diqqətinə çatdırılıb.

Görülən bütün tədbirlərə baxmayaraq idxalatçı tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməyib və bu səbəbdən malların gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi mümkün olmayıb.

Daha sonra idxalatçı Məhərrəmov Azər Sadıq oğlu Misir Ərəb Respublikasından idxal etdiyi “ərzaqlıq kartof” yükünün məhv edilməsi ilə bağlı 2025-ci il 24 may tarixli ərizə ilə Gəncə Gömrük İdarəsinə müraciət edib və mallar aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə gömrük nəzarəti altında məhv edilib”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 İyul 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri