Icma.az
close
up
RU
Sahibkarlar dövlətin güzəştli maliyyə mexanizmləri ilə bizneslərini inkişaf etdirirlər

Sahibkarlar dövlətin güzəştli maliyyə mexanizmləri ilə bizneslərini inkişaf etdirirlər

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 fevral, AZƏRTAC

2024-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlə təmin edilən sahibkarlıq subyektlərinin sayı 2023-cü illə müqayisədə 74,7 faiz artaraq 5722-yə çatıb.

SİF-dən AZƏRTAC-a bildirilib ki, verilmiş kredit məbləği isə 28 faiz artaraq 248,1 milyon manat təşkil edib.

Fondun vəsaitinin səmərəli yerləşdirilməsi məqsədilə 2024-cü il üzrə sənaye (o cümlədən, aqrar emal), kənd təsərrüfatı, logistika, anbar komplekslərinin yaradılması, turizm, balıqçılıq və akvakultura (o cümlədən, akvaponika), yaşıl layihələr, kütləvi informasiya vasitələrinin inkişafı, tibb, təhsil və xidmət layihələri prioritet istiqamətlər kimi müəyyənləşdirilmişdi. Fond tərəfindən verilmiş ümumi güzəştli kredit məbləğinin 53,3 faizi kənd təsərrüfatı məhsullarının istehsalı, 38,1 faizi sənaye məhsullarının istehsalı və emalı (o cümlədən, aqrar emal), 6,1 faizi xidmət, 2,1 faizi turizm və 0,4 faizi isə balıqçılıq və akvakultura sahələrinə yönəldilib.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dayanıqlığının və inkişafının təmin edilməsi üçün onların güzəştli maliyyə resurslarına çıxışı mühüm əhəmiyyət kəsb edir. Dövlətin bu sahədə tətbiq etdiyi dəstək mexanizmləri belə sahibkarlar üçün əlverişli maliyyələşmə imkanları yaradır və onların biznes fəaliyyətlərini genişləndirməsinə təkan verir. 2024-cü ildə fond tərəfindən maliyyələşdirilən layihələrin 99,8 faizi, ayrılan güzəştli kredit məbləğinin isə 93,4 faizi məhz mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.

Güzəştli kreditlər regionlarda sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi dinamikanın artmasına töhfə verir. 2024-cü ildə dövlətin güzəştli vəsaitlərinin əhəmiyyətli hissəsi regionların inkişafına xidmət edən layihələrə yönəldilib. Belə ki, ötən il fond tərəfindən güzəştli kredit ilə təmin edilmiş layihələrin 94,7 faizi, verilmiş güzəştli kredit məbləğinin isə 72 faizi regionların payına düşüb.

Ötən il işğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və bu ərazilərdə investisiya qoyuluşlarının sürətlənməsinə dəstək diqqət mərkəzində saxlanılıb. Belə ki, fevral ayından etibarən “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində bu ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90 faizədək hissəsinə dövlət zəmanətinin verilməsinə başlanılıb. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir.

2024-cü ildə bu ərazilərdə sahibkarların zəmanət-subsidiya mexanizminə müraciətləri əsasında 12 layihə üzrə 23,4 milyon manat kreditə 19,2 milyon manat dövlət zəmanəti verilib. Həmçinin bu kreditlər üzrə 6,2 milyon manat həcmində subsidiyanın verilməsi təsdiqlənib. Fond tərəfindən bu mexanizmlə maliyyələşdirilən layihələr sənaye, xidmət, turizm və kənd təsərrüfatı sahələrini əhatə edib. Sözügedən layihələr Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl və Xocalıda fəaliyyət göstərərək iqtisadiyyata töhfə verirlər.

Bununla yanaşı, sözügedən mexanizmə müraciətlərin operativ qəbul edilməsi məqsədilə "Elektron kredit və zəmanət” informasiya sistemi sahibkarların istifadəsinə verilib. Sahibkarlar heç bir kredit təşkilatına getmədən elektron informasiya sistemi vasitəsilə müraciətlərini ünvanlamaq imkanına sahibdirlər.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində zəmanət-subsidiya mexanizmi ilə yanaşı güzəştli kredit mexanizmi ilə də dəstək tədbirləri davam etdirilib. Ötən il ərzində bu ərazilərdə icra olunan 3 layihə üzrə Fonddan ümumilikdə 8,1 milyon manat güzəştli kredit əldə edilib.

Fond 2024-cü il ərzində sahibkarlıq subyektlərinin maliyyə resurslarına əlçatanlığının artırılması istiqamətində maarifləndirmə işlərini davam etdirib, əsasən regionlarda sahibkarlarla mütəmadi olaraq keçirilən görüşlərdə dövlətin güzəştli maliyyə mexanizmləri ilə bağlı ətraflı məlumat verilib. Qurum eyni zamanda, dövlət və özəl qurumların təşkilatçılığı ilə keçirilən 10-a yaxın sərgi və konfransda iştirak edib.

Sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən, eləcə də yaşıl layihələr həyata keçirən sahibkarların fəaliyyətinin genişləndirilməsi məqsədi ilə Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında “Sənaye və yaşıl layihələrə dəstək” müsabiqəsi keçirilib. Müsabiqə çərçivəsində 2024-cü ildə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 311 layihəyə 66 milyon manata yaxın kredit verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri