Icma.az
close
up
RU
Sahibkarlar üçün güzəştli kreditləşdirmə imkanları

Sahibkarlar üçün güzəştli kreditləşdirmə imkanları

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun 2024-cü il üzrə maliyyə hesabatı açıqlanıb. Fond tərəfindən son dövrlərdə daha çox kiçik və orta həcmli kreditlər verilib. Müsbət haldır ki, güzəştli kredit vəsaitlərindən yararlanan sahibkarlıq subyektlərinin sayında artım müşahidə edilir. Belə ki, 2024-cü ildə Fond tərəfindən güzəştli kreditlə təmin edilən sahibkarlıq subyektlərinin sayı 2023-cü illə müqayisədə 74,7% artaraq 5722-yə çatıb. Verilmiş kreditin məbləği 28% artaraq 248,1 milyon manat təşkil edib.
Fondun vəsaitinin səmərəli yerləşdirilməsi məqsədilə 2024-cü il üzrə sənaye (o cümlədən, aqrar emal), kənd təsərrüfatı, logistika, anbar komplekslərinin yaradılması, turizm, balıqçılıq və akvakultura (o cümlədən, akvaponika), yaşıl layihələr, kütləvi informasiya vasitələrinin inkişafı, tibb, təhsil və xidmət layihələri prioritet istiqamətlər kimi müəyyənləşdirilmişdi. Fond tərəfindən verilmiş ümumi güzəştli kredit məbləğinin 53,3%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 38,1%-i sənaye məhsullarının istehsalı və emalı (o cümlədən, aqrar emal), 6,1%-i xidmət, 2,1%-i turizm və 0,4%-i isə balıqçılıq və akvakultura sahələrinə yönəldilib.
İqtisadiyyatın prioritet istiqamətləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dəstəklənməsində dövlətin maliyyə dəstəyi mexanizmlərinin xüsusi rolu var. Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi, xüsusilə kiçik və orta biznesin dəstəklənməsi istiqamətində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun maliyyə mexanizmləri ölkədə biznes mühitinin gücləndirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi üçün əsas vasitələrdəndir. Xüsusilə güzəştli kredit mexanizmi sahibkarların bizneslərini böyütmək üçün müraciət etdiyi əsas maliyyə mexanizmlərindən biridir.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dayanıqlığının və inkişafının təmin edilməsi üçün onların güzəştli maliyyə resurslarına çıxışı mühüm əhəmiyyət kəsb edir. Dövlətin bu sahədə tətbiq etdiyi dəstək mexanizmləri belə sahibkarlar üçün əlverişli maliyyələşmə imkanları yaradır və onların biznes fəaliyyətlərini genişləndirməsinə təkan verir. 2024-cü ildə Fond tərəfindən maliyyələşdirilən layihələrin 99,8%-i, ayrılan güzəştli kredit məbləğinin isə 93,4%-i məhz mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.
Güzəştli kreditlər regionlarda sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi dinamikanın artmasına töhfə verir. 2024-cü ildə dövlətin güzəştli vəsaitlərinin əhəmiyyətli hissəsi regionların inkişafına xidmət edən layihələrə yönəldilib. Belə ki, ötən il Fond tərəfindən güzəştli kredit ilə təmin edilmiş layihələrin 94,7%-i, verilmiş güzəştli kredit məbləğinin isə 72%-i regionların payına düşüb.
Ötən il işğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və bu ərazilərdə investisiya qoyuluşlarının sürətlənməsinə dəstək diqqət mərkəzində saxlanılıb. Belə ki, fevral ayından etibarən “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində bu ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanətinin verilməsinə başlanılıb. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir. 2024-cü ildə bu ərazilərdə sahibkarların zəmanət-subsidiya mexanizminə müraciətləri əsasında 12 layihə üzrə 23,4 milyon manat kreditə 19,2 milyon manat dövlət zəmanəti verilib. Həmçinin bu kreditlər üzrə 6,2 milyon manat həcmində subsidiyanın verilməsi təsdiqlənib. Fond tərəfindən bu mexanizmlə maliyyələşdirilən layihələr sənaye, xidmət, turizm və kənd təsərrüfatı sahələrini əhatə edib. Sözügedən layihələr Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl və Xocalıda fəaliyyət göstərərək iqtisadiyyata töhfə verirlər.
Bununla yanaşı, sözügedən mexanizmə müraciətlərin operativ qəbul edilməsi məqsədilə "Elektron kredit və zəmanət” informasiya sistemi sahibkarların istifadəsinə verilib. Sahibkarlar heç bir kredit təşkilatına getmədən elektron informasiya sistemi vasitəsilə müraciətlərini ünvanlamaq imkanına sahibdirlər.
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində zəmanət-subsidiya mexanizmi ilə yanaşı güzəştli kredit mexanizmi ilə də dəstək tədbirləri davam etdirilib. Ötən il ərzində bu ərazilərdə icra olunan 3 layihə üzrə Fonddan ümumilikdə 8,1 milyon manat güzəştli kredit əldə edilib.
Fond 2024-cü il ərzində sahibkarlıq subyektlərinin maliyyə resurslarına əlçatanlığının artırılması istiqamətində maarifləndirmə işlərini davam etdirib, əsasən regionlarda sahibkarlarla mütəmadi olaraq keçirilən görüşlərdə dövlətin güzəştli maliyyə mexanizmləri ilə bağlı ətraflı məlumat verilib. Qurum eyni zamanda, dövlət və özəl qurumların təşkilatçılığı ilə keçirilən 10-a yaxın sərgi və konfransda iştirak edib.
Sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən, eləcə də yaşıl layihələr həyata keçirən sahibkarların fəaliyyətinin genişləndirilməsi məqsədi ilə Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında “Sənaye və yaşıl layihələrə dəstək” müsabiqəsi keçirilib. Müsabiqə çərçivəsində 2024-cü ildə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 311 layihəyə 66 milyon manata yaxın kredit verilib.
Beləliklə, 2024-cü il ərzində ölkə iqtisadiyyatının prioritet istiqamətləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasına xidmət edən bizneslərin inkişafı dövlətin güzəştli maliyyə mexanizmləri ilə dəstəklənib.
Dövlət müxtəlif iqtisadi rıçaqlar vasitəsilə sahibkarlığın inkişafını dəstəkləyir. Belə institutlardan biri də artıq 30 ildir fəaliyyət göstərən İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondudur. Fondun əsas məqsədi Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsində ən yaxşı beynəlxalq təcrübələrin təşviqi yolu ilə dövlət və sahibkarlar arasında əməkdaşlığın inkişafı və qarşılıqlı inam mühitinin yaradılmasına nail olmaqdır.
Fondun başlıca fəaliyyət istiqamətlərinə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək; sahibkarlığın inkişafına dəstək sahəsində proqramların (o cümlədən dövlət proqramlarının) hazırlanmasında, həyata keçirilməsində və maliyyələşdirilməsində iştirak etmək; müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq; sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənmək və əldə olunan beynəlxalq təcrübəni sahibkarlara çatdırmaq, maarifləndirmə işləri aparmaq və onlara məsləhət xidmətləri göstərmək daxildir.
Ölkədə elektron xidmətlərin, müasir texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin "bir pəncərə" sistemi tətbiq edilməklə qeydiyyatı sadələşdirilib. Elektron xidmətlərin tətbiqi nəticəsində fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına şərait yaradılıb ki bu da ölkədə sahibkarların sayının artmasına imkan verib. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına dəstək göstərilməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Dövlət müxtəlif iqtisadi yollarla sahibkarlığın inkişafını təşviq edir. Çünki sahibkarlıq fəaliyyətinə iqtisadi artımın əsası kimi baxılır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır.
Bunlarla yanaşı, sahibkarların kreditlərə, maliyyəyə olan təlabatları tam ödənilmir. İş adamlarının investisiya qoyuluşları üçün dah çox vəsaitə ehtiyacları var. Əslində Azərbaycanda qeyri-neft sektoru böyük istehsal və ixrac imkanlarına malikdir. Bu potensialdan səmərəli istifadə edilməsinə böyük ehtiyac var. Bunun üçün yerli istehsalın və ixracın stimullaşdırılması vacibdir. Bunlarla yanaşı, özəlləşdirmənin əhatə dairəsinin genişləndirilməsinə, iri və orta müəssisələri də özəlləşdirməyə açılmasına, yeni biznesə başlayanlara maliyyə və texniki dəstək göstərilməsinə ehtiyac var.
Mahir Həmzəoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Fevral 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri