Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Liqa 1: Marsel darmadağına sevindi

Xaçmazlı sahibkarlar dövlət dəstəyi mexanizmləri haqqında maarifləndiriliblər

Xaçmazlı sahibkarlar dövlət dəstəyi mexanizmləri haqqında maarifləndiriliblər

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Xaçmaz, 19 iyun, Elxan Yusifli, AZƏRTAC

Xaçmazlı sahibkarlar fəaliyyətlərinin genişləndirilməsi, yerli iqtisadi potensialın daha səmərəli istifadəsi və dövlət dəstəyi mexanizmləri haqqında maarifləndiriliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Biznesinin İnkişafı Fondunun iyunun 19-da Xaçmazda təşkil etdiyi görüşdə müvəkkil kredit təşkilatları və yerli sahibkarlar iştirak ediblər.

Görüşdə ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şəraitdən, bu sahəyə dövlət dəstəyindən bəhs edilib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar regionlarda biznes mühitinin köklü şəkildə dəyişməsinə şərait yaradıb. Sahibkarlığın inkişafı yalnız iqtisadi deyil, eyni zamanda sosial əhəmiyyət daşıyır və məşğulluğun artırılması, yerli istehsalın gücləndirilməsi baxımından həlledici rol oynayır.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov və Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini Osman Xaliyev biznes sahəsində yeni çağırışlar, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi dəstək tədbirləri, sahibkarlarla müvəkkil təşkilatların səlahiyyətli nümayəndələri arasında işgüzar münasibətlərin qurulması və rayonun iqtisadi potensialı barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, Xaçmaz rayonu aqrar sahə üzrə böyük potensiala malikdir və bu imkanlardan düzgün istifadə etməklə sahibkarlar öz təsərrüfatlarını genişləndirə bilərlər. Dövlət tərəfindən təqdim olunan subsidiyalar, güzəştli kreditlər, vergi güzəştləri, investisiya təşviqi sənədi, klasterləşməyə dəstək və digər mexanizmlər rayonda biznesin inkişafında əhəmiyyətlidir.

Azərbaycan Biznesinin İnkişafı Fondunun məsul əməkdaşları Fondun məqsəd və fəaliyyət istiqamətləri barədə geniş məlumat veriblər. Bildirilib ki, Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq, sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kreditlərlə dəstəkləməkdən ibarətdir. Güzəştli maliyyə alətləri vasitəsilə həyata keçirilən bu dəstək kiçik və orta biznesin inkişafını stimullaşdırır, yerli istehsalın rəqabət qabiliyyətini artırır. Görüşdə, həmçinin Fondun sahibkarlığın inkişafına dair dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi, müasir texnoloji yeniliklərə əsaslanan layihələr üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, yerli sahibkarların ixrac imkanlarının artırılması, yerli bazarlara inteqrasiyanın təşviqi, sahibkarların maarifləndirilməsi və məsləhət xidmətlərinin göstərilməsi kimi fəaliyyət istiqamətləri ətrafında ətraflı müzakirələr aparılıb.

Tədbir çərçivəsində sahibkarların təklifləri dinlənilib, müvafiq məsələlər ətrafında müzakirələr aparılıb, sualları cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see185

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see184

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see131

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri