Icma.az
close
up
RU
Sahibkarlar niyə sığortadan qaçır? Külə dönən milyonlar

Sahibkarlar niyə sığortadan qaçır? Külə dönən milyonlar

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sahibkarların öz obyektlərini sığortalaması məsələsi illərlə aktuallığını qorusa da, praktikada bu sahədə ciddi boşluqlar qalmaqdadır. Bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonu ərazisində yerləşən mebel sexində baş verən yanğın bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub. Hadisə sığortasız fəaliyyət göstərən müəssisələrin üzləşə biləcəyi riskləri bir daha ortaya qoyub.

Görəsən, sahibkarlar əmlaklarını sığortalamaqdan niyə bu qədər yayınırlar?

Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Oxu.az-a danışan sığorta eksperti Pərviz Quliyev bildirib ki, qanunvericilik icbari sığortadan istifadəni tələb edir.

P.Quliyev vurğulayıb ki, sözügedən məsələyə nəzarət mexanizmi zəifdir:

"Bundan başqa, əhali arasında məlumatlılıq səviyyəsi aşağıdır. Sığorta maarifləndirilməsi yüksək səviyyədə olmalıdır. Həmçinin sığorta şirkəti kommersiya qurumudur, qazanc əldə etməlidir. Şirkət sığorta edərkən qarşı tərəf barədə ciddi araşdırma aparmalıdır. Məsələn, təhlükəsizlik, yanğın riskləri və s. məsələlər nəzərə alınmalıdır. Həmçinin qeyd etmək lazımdır ki, sığorta şirkəti dəyəri böyük olan əmlakı sığortalayarkən onu təkrarsığortaya ötürür. Bu isə riskin bölüşdürülməsidir. Təkrarsığortaya ötürüldükdə xarici şirkətlər standartlara baxır, uyğun olmadıqda qarşı tərəflə müqavilə bağlanmır. Bəzi şirkətlər var ki, onlar təkrarsığortaya ötürülsə də, həmin müəssisə sığortalanmır, çünki tələb olunan standartlara cavab vermirlər. Qeyd etdiyim kimi, ümumilikdə əhali arasında məlumatlılıq artırılmalıdır. Bundan sonra müəyyən nəticələri əldə etmək olar".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov isə açıqlamasında vurğulayıb ki, ölkədə daşınmaz əmlakın sığortası məcburidir:

"2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. Bir çox ticarət mərkəzlərində baş verən yanğınlar zamanı sığorta sahəsindəki çatışmazlıqların bir daha şahidi olduq. Ticarət mərkəzlərində yanğından mühafizə tədbirləri kustar qaydada həyata keçirilir, təhlükəsizliklə bağlı tələblərə əməl olunmur, elektrik naqillərinin çəkilməsində uyğunsuzluqlara yol verilir. Bu kimi hallara görə sığorta şirkətləri həmin ticarət mərkəzlərindəki riskləri sığortalamaqda maraqlı olmur. Hər bir sahibkar obyektinin normativlərə cavab verməsində və sığortalanmasında maraqlı olmalıdır. Sığortaya ödənilən məbləğ onlar üçün lüzumsuz xərc yox, faydalı yatırımdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Mart 2026 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri