“Sahibkarlar sənaye zonalarına 6.8 milyarddan çox investisiya yatırıb”
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
“İşğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin dəstəklənməsi ilə bağlı güzəştlərin tətbiqinə start verilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.
“3 milyon manatdan çox vergi və rüsumlardan azadolma tətbiq edilib. Kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımları sahibkarların bank hesablarına köçürülür. Sosial sığortahaqlarının və kredit faizlərinin subsidiyalaşdırılmasına başlanılıb. Kredit zəmanət mexanizmi işə düşüb. Bununla yanaşı, dövlət əmlakının özəlləşdirilməsi siyasəti davam etdirilib”, - nazir vurğulayıb.
M. Cabbarovun sözlərinə görə, bugünədək sahibkarlar tərəfindən sənaye zonalarına 6.8 milyard manatdan çox investisiya yatırılıb.
“Mövcud layihələr üzrə sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiyanın yatırılması və 8600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub”, - nazir əlavə edib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 25 Noyabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















