Icma.az
close
up
RU
Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1 dən başlayır

Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1 dən başlayır

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Gələn aydan Azərbaycanda sahibkarlar üçün bir sıra yeni güzəştlər qüvvəyə minir.

Modern.az xəbər verir ki, qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən ixracatçıların daşıma xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən qarşılanacaq, bəzi gömrük rəsmiləşdirilməsi xərcləri isə kompensasiya ediləcək.

Belə ki, sentybarın 1-dən Prezident İlham Əliyevin imzaladığı fərmanlara əsasən, Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı sahibkarların qarşılaşdığı gömrük rəsmiləşdirilməsi və daşınma xərclərinin bir hissəsi dövlət büdcəsi hesabına kompensasiya ediləcək.

Yeni mexanizm xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların xərclərinin azaldılmasına və Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına yönəlib.

Sentyabrın 1-dən Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı yaranan daşıma xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən subsidiyalaşdırılacaq. Bu güzəşt dəmir yolu, hava və dəniz nəqliyyatı, eləcə də Azərbaycanda qeydiyyatda olan avtomobillərlə həyata keçirilən daşımalar üçün nəzərdə tutulub. Xaricdə qeydiyyatda olan avtomobillərdən istifadə zamanı isə dövlət dəstəyi 50 faizədək olacaq.

Lakin kompensasiyanın məbləği müəyyən hədlərlə məhdudlaşdırılacaq. Avtomobil, dəmir yolu və hava nəqliyyatı ilə daşınmalarda dəstək ixrac olunan məhsulun gömrük dəyərinin 15 faizindən, dəniz daşımalarında isə 5 faizindən çox ola bilməyəcək.

Yeni mexanizm Naxçıvanda istehsal olunan qeyri-neft-qaz məhsullarına da şamil ediləcək.

Belə ki, Naxçıvanda istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınması zamanı çəkilən xərclərin 70 faizədək hissəsi dövlət tərəfindən kompensasiya olunacaq.

Bundan başqa, mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracı zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi üzrə yığımların bir hissəsi də dövlət büdcəsi hesabına kompensasiya olunacaq.

Kompensasiyanın məbləği məhsulun növündən, ixrac edildiyi ölkədən və müəyyən edilmiş yuxarı həddən asılı olacaq.  Yeni güzəştlər 1 sentyabr 2026-cı ildən etibarən 10 il müddətində tətbiq ediləcək.

Sentyabrın 1-dən daha bir vergi yeniliyi qüvvəyə minir. Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Avqust 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri