Icma.az
close
up
RU
Sahibkarların “yaşıl layihə”lərinin maliyyələşdirilməsinə dəstək üçün 450 min manat həcmində qrant ayrılıb

Sahibkarların “yaşıl layihə”lərinin maliyyələşdirilməsinə dəstək üçün 450 min manat həcmində qrant ayrılıb

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Yaşıl layihə"ləri olan sahibkarlar "Startap" şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, qrant, təlim, məsləhət xidməti və satışa dəstək üçün KOBİA-ya müraciət edə bilər.

KOB-ların "yaşıl layihə"lərinin inkişaf etdirilməsinə və "yaşıl iqtisadiyyat"a keçidə töhfə verə biləcək təşəbbüslərinin reallaşdırılmasına dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən indiyədək 27 layihəyə 450 min manatdan çox qrant ayrılıb, 10-dan çox "Startap" şəhadətnaməsi verilib. KOBİA-nın təşəbbüsü və sahibkarların müraciəti əsasında təkrar emal və resurslardan səmərəli istifadə üzrə Agentlik tərəfindən 3 daxili bazar araşdırması aparılıb. Bu istiqamətdə bugünədək KOBİA 250 təlim təşkil edib. KOB subyektlərinin "yaşıl layihə"lərinin Agentliyin təşkilatçılığı və dəstəyi ilə keçirilən müxtəlif sərgi və yarmarkalara çıxarılmasına da dəstək göstərilib. Sahibkarların "yaşıl iqtisadiyyat" ilə bağlı məlumatlandırılması, "yaşıl biznes"in təşviqi üzrə Bakıda və ölkə regionlarında 250-dən çox sahibkarın iştirakı ilə sahəvi görüşlər və maarifləndirmə tədbirləri təşkil olunub.

Yaşıl təşəbbüs və layihələri olan sahibkarlar "Startap" şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, qrant, təlim, məsləhət xidməti və satışa dəstək üçün KOBİA-ya müraciət edə bilərlər.

2024-cü ildə KOBİA-nın təşəbbüsü və dəstəyi ilə "Yaşıl biznesin idarəedilməsi sistemləri" və "Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üzrə çərçivə" dövlət standartları hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul olunub, ESG üzrə vahid rəqəmsal platforma (https://esghub.az/) istifadəyə verilib. Həmçinin, sahibkarlar ətraf mühitə göstərdikləri təsiri ölçmək, istifadə etdikləri resurslardan istifadənin səmərəliliyini qiymətləndirmək məqsədilə Agentlik tərəfindən yaradılmış özünüqiymətləndirmə platformasından (https://yb.smb.gov.az/) istifadə edə bilərlər. Biznes subyektləri bu platformada qeydiyyatdan keçərək və müvafiq sualları cavablandıraraq enerji və sudan nə dərəcədə səmərəli istifadə etdiklərini, tullantıların effektiv idarə olunması və ətraf mühitə təsirlərini qiymətləndirməklə zəif nöqtələrini müəyyən edə və onların aradan qaldırılması üçün zəruri tədbirlər görə bilərlər.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Aprel 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri