Icma.az
close
up
RU
Yaşıl bizneslərin yaradılması üçün sahibkarların ehtiyacları müzakirə olunub

Yaşıl bizneslərin yaradılması üçün sahibkarların ehtiyacları müzakirə olunub

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “KOB-ların yaşıl iqtisadiyyatda rolu” mövzusunda panel müzakirə keçirilib. SİA xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Yaşıl Zonada keçirilən tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, iş adamları və yaşıl iqtisadiyyat ilə bağlı layihələri olan startaplar iştirak ediblər.

Panel müzakirədə İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, BMT-nin Cənub-Cənub Əməkdaşlıq Ofisinin direktoru Dima Əl-Xatib, İslam ölkələri üçün Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRİC) Baş direktoru Zehra Zümrüt Selcuk, Beynəlxalq Ticarət Mərkəzinin şöbə müdiri Vanessa Erogbogbo və Qlobal Sahibkarlıq Şəbəkəsinin təsisçisi və prezidenti Conatan Ortmans çıxış ediblər. Çıxışlarda KOB-ların dünya iqtisadiyyatında və məşğulluqda, eləcə də iqlim dəyişiklikləri ilə mübarizədə rolu, iqlim maliyyələşdirilməsi, yaşıl keçidin KOB-lar üçün faydası, bizneslərin yaşıl keçidində ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin önəmi, ətraf mühitə məsuliyyətli münasibət və bu sahədə sahibkarların öhdəlikləri barədə məlumat verilib.

Tədbirdə KOB-ların yaşıl transformasiyasının qlobal və milli səviyyədə birgə əməkdaşlıqla mümkün olduğu qeyd edilib və KOB ekosisteminin bütün maraqlı tərəfləri KOBİA-nın irəli sürdüyü “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”nə qoşulmağa dəvət olunublar. Vurğulanıb ki, artıq Beynəlxalq Ticarət Mərkəzi, Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidməti (SEBRAE) və BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai müvafiq bəyannaməni imzalayaraq öz dəstəklərini ifadə ediblər.

Paneldə KOB-ların yaşıl iqtisadiyyata keçidi zamanı ehtiyaclarının davamlı dəstəklənməsi üçün zəruri addımlar və onların ekoloji məsuliyyətinin artırılması ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Həmçinin tədbir çərçivəsində Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin baş tədqiqat meneceri Tim Çeston İqtisadiyyat Nazirliyi və mərkəz arasında əməkdaşlıq əsasında hazırlanmış qlobal “Yaşıl artım portalı”na dair təqdimatla çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Noyabr 2024 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see198

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see133

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see132

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri