Icma.az
close
up
RU
Yaşıl bizneslərin yaradılması üçün sahibkarların ehtiyacları müzakirə olunub AZƏRTAC

Yaşıl bizneslərin yaradılması üçün sahibkarların ehtiyacları müzakirə olunub AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 noyabr, AZƏRTAC

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “KOB-ların yaşıl iqtisadiyyatda rolu” mövzusunda panel müzakirə keçirilib.

AZƏRTAC xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Yaşıl Zonada keçirilən tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, iş adamları və yaşıl iqtisadiyyat ilə bağlı layihələri olan startaplar iştirak ediblər.

Panel müzakirədə İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, BMT-nin Cənub-Cənub Əməkdaşlıq Ofisinin direktoru Dima Əl-Xatib, İslam ölkələri üçün Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRİC) Baş direktoru Zehra Zümrüt Selcuk, Beynəlxalq Ticarət Mərkəzinin şöbə müdiri Vanessa Erogbogbo və Qlobal Sahibkarlıq Şəbəkəsinin təsisçisi və prezidenti Conatan Ortmans çıxış ediblər. Çıxışlarda KOB-ların dünya iqtisadiyyatında və məşğulluqda, eləcə də iqlim dəyişiklikləri ilə mübarizədə rolu, iqlim maliyyələşdirilməsi, yaşıl keçidin KOB-lar üçün faydası, bizneslərin yaşıl keçidində ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin önəmi, ətraf mühitə məsuliyyətli münasibət və bu sahədə sahibkarların öhdəlikləri barədə məlumat verilib.

Tədbirdə KOB-ların yaşıl transformasiyasının qlobal və milli səviyyədə birgə əməkdaşlıqla mümkün olduğu qeyd edilib və KOB ekosisteminin bütün maraqlı tərəfləri KOBİA-nın irəli sürdüyü “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”nə qoşulmağa dəvət olunublar. Vurğulanıb ki, artıq Beynəlxalq Ticarət Mərkəzi, Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidməti (SEBRAE) və BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai müvafiq bəyannaməni imzalayaraq öz dəstəklərini ifadə ediblər.

Paneldə KOB-ların yaşıl iqtisadiyyata keçidi zamanı ehtiyaclarının davamlı dəstəklənməsi üçün zəruri addımlar və onların ekoloji məsuliyyətinin artırılması ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Həmçinin tədbir çərçivəsində Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin baş tədqiqat meneceri Tim Çeston İqtisadiyyat Nazirliyi və mərkəz arasında əməkdaşlıq əsasında hazırlanmış qlobal “Yaşıl artım portalı”na dair təqdimatla çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see234

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see232

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see230

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see205

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see191

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see187

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see177

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see172

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see170

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see165

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see162

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see162

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see152

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see151

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see150

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri