Sahibsiz itlərə dəyməmək üçün qəza etdi, 2 nəfər yaralandı
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Türkiyənin Ordu vilayətinin Ünye rayonunda sahibsiz itlərə dəyməmək üçün manevr edən avtomobil sürücüsü idarəetməni itirərək evin həyət divarına çırpılıb. Hadisədə 2 nəfər xəsarət alıb.
Redaktor.az xəbər verir ki, avtomobili ilə hərəkətdə olan Nisanur S.-nin qarşısına birdən-birə sahibsiz itlər çıxıb. Onlara dəyməmək üçün sükan arxasında ani manevr edən sürücü nəqliyyat vasitəsinin idarəsini itirib və yol kənarındakı bir evin divarına çırpılıb.
Qəza nəticəsində sürücü və avtomobildəki sərnişin Nazlı K. yüngül xəsarətlər alıb. Hadisə yerinə çağırılan təcili yardım və polis əməkdaşları tərəfindən yaralılara ilkin tibbi yardım göstərilib. Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib.
Kənan YUSİF
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 18 Aprel 2025 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















