Icma.az
close
up
RU
Sahibsizlikdən sahiblik mərhələsinə Ağdamda dirçələn torpaq, dirilən xalq ŞƏRH

Sahibsizlikdən sahiblik mərhələsinə Ağdamda dirçələn torpaq, dirilən xalq ŞƏRH

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 13 may, AZƏRTAC

Prezident İlham Əliyevin 2025-ci il mayın 10-da Ağdama səfəri Azərbaycanın postmüharibə mərhələsində həyata keçirdiyi milli dirçəliş strategiyasının real nəticələrini nümayiş etdirən önəmli siyasi hadisə idi. Bu səfər təkcə azad edilmiş ərazilərdə infrastrukturun qurulması deyil, həm də ictimai yaddaşın, milli kimliyin və dövlət suverenliyinin həmin torpaqlarda fiziki olaraq bərpa edildiyini göstərdi. 2020-ci ildə qazanılmış Zəfər ərazi bütövlüyünü təmin etdiyi kimi, bu gün həmin torpaqlarda qurulan həyat - sabitlik, rifah və etimad Azərbaycanın siyasi iradəsinin davamlı və uğurlu tətbiqini ortaya qoyur. Ağdam artıq yalnız simvolik məkan deyil, dövlət siyasətinin canlı və ölçülə bilən nəticəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse-prezidenti Oğuz Mirzəyev söyləyib.

O bildirib ki, Kəngərli kəndində 292 ailə üçün inşa edilən yeni evlər, Ağdam dəmir yolu vağzalının istifadəyə verilməsi və Muğam Mərkəzinin açılmasının Qarabağda həyata keçirilən işlərin vahid konsepsiya ilə – planlı, mərhələli və məqsədyönlü şəkildə aparıldığını göstərir. Burada yalnız yaşayış sahələri bərpa edilmir, həm də iqtisadi dinamika, sosial həyat və mədəni kimlik sistemli şəkildə dirçəldilir: “Dövlət bu prosesi təkcə inşaat kimi deyil, strateji inkişaf mərhələsi kimi görür və idarə edir. Bu baxımdan Kəngərli kəndində həyata keçirilən məskunlaşma prosesi həm də beynəlxalq miqyasda nadir təcrübədir. Müharibədən cəmi bir neçə il sonra Azərbaycan minatəmizləməni tamamlamaqla, təhlükəsiz və planlı şəkildə köçürməni reallaşdırmaqla özünün institutlaşmış idarəetmə modelini sübut edir. Bu isə Prezident İlham Əliyevin “Biz bu torpaqlara əbədi qayıdırıq” fikrinin rəsmi bəyanatdan real həyata keçididir.

Səfərin mayın 10-na - Ulu Öndər Heydər Əliyevin doğum gününə təsadüf etməsi isə bu hadisəyə həm siyasi, həm də mənəvi çalar əlavə edib. Bu tarix Prezident İlham Əliyevin apardığı siyasətin yalnız fərdi liderlik yox, ideoloji davamlılıq üzərində qurulduğunu nümayiş etdirdi. Həmin gün yalnız Ulu Öndərin xatirəsi yad edilmədi, həmin siyasi irsin azad Qarabağda konkret nəticəyə çevrildiyi də göstərildi”.

Səfər zamanı Prezidentin ictimaiyyət nümayəndələri ilə səmimi təmasının xüsusi diqqət çəkdiyini vurğulayan ekspert əlavə edib: “Birinci Qarabağ müharibəsi əlilinin “Bizim yiyəmiz olmadı o vaxt... siz bizə sahib çıxdınız” sözləri təkcə minnətdarlıq ifadəsi deyildi, bu, dövlətin öz insanına vaxtında və layiqincə sahib çıxmasının simvolik təsdiqi idi.

Ağdam Muğam Mərkəzində səslənən ifalar, azyaşlı sənətçilərin çıxışları zamanı Prezidentin kövrəlməsi və səhnəyə qalxaraq onları qucaqlaması – bu səhnə rəsmi protokoldan çox, xalqla dövlətin mənəvi birliyini ifadə edən mənzərə idi. Bu anlar göstərdi ki, Qarabağ təkcə ərazi deyil, xalqın hafizəsidir, acılarla dolu keçmişin və ümidlə yüklənmiş gələcəyin qovuşduğu məkandır”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse-prezidentinin fikrincə, Prezidentin Ağdamda həyata keçirdiyi tədbirlər onu da göstərdi ki, bu şəhər təkcə işğaldan azad edilmiş ərazi deyil, gələcəyin regional inkişaf modelidir. Dəmir yolu vağzalı iqtisadi əlaqələrin canlanmasına, Muğam Mərkəzi isə mədəni ruhun yenidən doğulmasına xidmət edir. Ağdam yalnız keçmişin deyil, sabahın şəhərinə çevrilir.

“Bu səfər, eyni zamanda, Azərbaycan dövlətinin beynəlxalq səviyyədə formalaşdırdığı etibarlı mövqeyin də güzgüsünə çevrildi. Prezident İlham Əliyevin apardığı xarici siyasət nəticəsində Azərbaycan bu gün təkcə regionda deyil, qlobal səviyyədə də strateji güc mərkəzi kimi tanınır. Bakı beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsinə çevrilib, ölkəmiz Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır. Azərbaycan öz milli maraqlarını müdafiə etməklə yanaşı, beynəlxalq hüququn prinsiplərinə əsaslanan sabitlik və əməkdaşlıq platforması formalaşdırır.

Prezidentin səfər zamanı səsləndirdiyi “Bizimlə hesablaşmayan sabah peşman olur” fikri isə Azərbaycanın siyasi xəttinin açıq bəyanatını təşkil edir. Bu, nə hədə, nə ritorikadır, bu, reallıqdır. Azərbaycan öz tarixini özü yazır və bu tarix bir daha sübut edir ki, müharibədə qələbə qazanmaq çətin ola bilər, amma qələbədən sonra ədalətli sabitlik qurmaq daha çətindir və Azərbaycan bunu bacaran nadir ölkələrdəndir”, - deyə O.Mirzəyev qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri