Sahil Babayev əmr imzaladı: Bu strukturlar ləğv edildi
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Dövlət Xəzinədarlıq Agentliyinin regional xəzinədarlıq idarələri qanunvericiliyin tələblərinə əməl edilməklə yenidən təşkil edilir".
"Cebheinfo.az" xəbər verir ki, bunu yeni regional xəzinədarlıq idarələrinin ləğv ediləcəyi barədə "APA-Economics"in sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mayis Piriyev deyib.
O qeyd edib ki, yenidən təşkil olunacaq strukturda regional xəzinədarlıq idarələrində çalışan əməkdaşlarla bağlı əmək münasibətləri normativ hüquqi aktlara uyğun tənzimlənəcək.
M.Piriyevin sözlərinə görə, hazırda dövlət maliyyəsinin idarə olunması sahəsində rəqəmsallaşmanın genişləndirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Əsas prioritetlərdən biri də dövlət büdcəsindən ayrılan vəsaitlərin ünvanlı və səmərəli şəkildə icrasının təmin edilməsidir.
“Bu çərçivədə Dövlət Xəzinədarlıq Agentliyinin fəaliyyətində rəqəmsal idarəçiliyin tətbiqi genişləndirilir, dövlət xəzinədarlığı sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, fəaliyyətin optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə mərkəzləşdirilmiş və daha çevik idarəetmə modeli yaradılır”, - nazirlik rəsmisi bildirib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 13 Fevral 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















