Icma.az
close
up
RU
“SAHİL BABAYEV, İNSAFIN OLSUN...” Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir

“SAHİL BABAYEV, İNSAFIN OLSUN...” Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tovuz rayonu, Dönük Qırıqlı kənd sakini Heydərova Könül Yəhya qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, oğluna ünvanlı sosial yardım almaq üçün müraciət etsə də, qanunsuz olaraq imtina cavabı verilib:

“Mən, Heydərova Könül Yəhya qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Anam və uşağım xəstədir, aldığım pensiya heç yeməyimizi, iynə-dərmanlarımızı görmür. Bir neçə ay bundan qabaq oğlumun adından ünvanlı sosial yardım almaq üçün müraciət etdim. Qeyd edim ki, oğlum 3-cü qrup əlildir. Ona əlilliyə görə təyin edilən qrup düzgün verilməyib. Oğlumun səhhəti çox ağırdır, 2 gündən bir təcili yardım çağırırıq.

Qonşuluğumda yaşayan Adığözəlov Nübar Musa qızı, Həsənova İradə Şəmil qızı, Məmmədova Aybəniz Şahin qızı və Məmmədova Günay Çingiz qızının maşınları da var, amma onlar saxta yolla pensiya və sosial yardım alırlar. Adama təsir edən odur ki, maddi vəziyyətləri yaxşı olan vətəndaşlar pensiya, sosial yardım alır, imkansızlara verilmir.

Mən sizin sayt vasitəsilə Sahil Babayevə müraciət edirəm. İnsafın olsun, bir yoxla gör nə qədər adam saxta ünvanlı sosial yardım alır. Xahiş edirəm, vəziyyəti ağır vətəndaş kimi müraciətimi qeydə alın. Oğlum sağlam uşaq olsa, başqaları kimi işləyər. Hər gün ağırlaşan xəstə necə işləsin?! Və yaxud da, hörmətli nazir, mənim oğlumu hansı qurum işə götürər?!”

Məsələ ilə bağlı  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Qurumun Mətbuat Xidmətindən bildirdi ki, Tovuz rayon sakini Heydərova Könül Yahya qızının ünvanlı sosial yardımla bağlı müraciətinə ailə üzvü Məmmədov Emin Həmid oğlunun məşğulluğunun öz təsdiqini tapmaması səbəbilə imtina verilib. Sözügedən şəxsin məşğulluğu təmin olunduqdan sonra elektron qaydada yenidən müraciət edilərsə, ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna yenidən baxıla bilər.

Jalə FAMİLQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Yanvar 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri