Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Sahil Babayev nə üçün Qida Təhlükəsizliyi Agentliyini hədəfə gətirdi? ƏHALİYƏ XƏSTƏ HEYVANLARIN VERİLMƏSİNƏ GÖRƏ AQTA MƏSULİYYƏT DAŞIYIR, YOXSA NAZİR YALAN DANIŞIR?

Sahil Babayev nə üçün Qida Təhlükəsizliyi Agentliyini hədəfə gətirdi? ƏHALİYƏ XƏSTƏ HEYVANLARIN VERİLMƏSİNƏ GÖRƏ AQTA MƏSULİYYƏT DAŞIYIR, YOXSA NAZİR YALAN DANIŞIR?

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Bir neçə həftə bundan qabaq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə çıxışı zamanı bəzi deputatların əhaliyə xəstə heyvanlar verilməsi ilə bağlı iddialarına etiraz etdi. O, konkret olaraq bildirdi ki, deputat Siyavuş Novruzun xəstə heyvanlarla bağlı çıxışı əsassızdır. Nazirin sözlərinə görə, təqdim olunan hər bir aktiv, hər bir heyvan haqqında video-çəkiliş aparılır, təqdim olunma günündə onlar sayta yerləşdirilir.

Üstəlik, S.Bababyev əlavə etdi ki, bu zaman Qida Təhlükəsizliyi Agentliyinin idxal sənədləri, xəstəlik, sağlamlıq, baytarlığa dair bütün sertifikatları da olur. “İstənilən fərd bizə demədən özləri daxil olub, ad-soyadını daxil edib saytda baxa, orada yerləşdirilən video-çəkilişləri görə bilərlər”, - deyə nazir vurğuladı. Onun sözlərinə görə, Qida Təhlükəsizliyi  Agentliyi istər xaricdən, istər də daxili bazardan alınan heyvanları yoxlayıb, onlara sağlamlıq arayışı verir. Daha sonra həmin heyvanlar 15 gün karantinə alınırlar. Məhz bundan sonra vətəndaşlara paylanılır.

Sahil Babayev Milli Məclisdəki çıxışı belə deməyə əsas verir ki, vətəndaşlara verilən heyvanların xəstə olmamasına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi məsuliyyət daşımır, bütün məsuliyyət Qida Təhlükəsizliy Agentliyinin üzərinə düşür. O, dolayısı ilə bildirdi ki, əgər vətəndaşlara verilən heyvanlar xəstədirsə, yaxud yeni sahibinin evinə çatandan az sonra ölürsə, buna Qida Təhlükəsizliyi Agentliyi cavab verməlidir.

Maraqlıdır, qarşı tərəf - Qida Təhlükəsizlik Agentliyi nazirin bu ittihamlarını nə qədər əsaslı hesab edir? Bu və digər suallara cavab tapmaq üçün Qida Təhlükəsizlik Agentliyinə göndərdik. Agentliyin “Hürriyyət”in sorğusuna verdiyi cavabı oxucularımıza təqdim edirik:

“Müraciətinizə cavab olaraq bildiririk ki, xaricdən keçə bilən xəstəliklərdən qorunmaq üçün nəzarət tədbirləri görülür. Heyvanlar idxaldan sonra baytarlıq müayinəsindən keçir. Sağlam olduğu təsdiqləndikdən sonra təyinatı üzrə daşınır. Daşınma zamanı müvafiq sertifikatla təmin edilir.

Yemləmə, saxlama və zoogigiyenik şəraitlə bağlı təmin edilməsi heyvan sahibindən aslıdır ki, tələfatda bu amillər rol oynayır.

Qeyd edək ki, bu heyvanlarda xüsusi təhlükəli xəstəliklər aşkarlanmamışdır”.

Qida Təhlükəsizlik Agentliyinin bu cavabından başa düşülür ki, burada bütün məsuliyyəti AQTA-nın üzərinə atmaq olmaz. Görünür, Sahil Babayev öz məsuliyyətini kimlərləsə bölüşmək istəyir. Necə deyərlər, “cəhənnəmə gedən özünə yoldaş axtarar”. Amma Qida Təhlükəsizlik Agentliyinin cavabından da aydın olur ki, bu qurum ancaq xaricdən gətirilən heyvanlara sağlamlıq arayışı verir. Yerli bazardan alınan heyvanlar isə AQTA-nın iştirakı olmadan, məhz nazirlik əməkdaşlarının nəzarəti altında əhaliyə paylanılır.

Jalə FAMİLQIZI

Hurriyyet.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Dekabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri