Sahildə tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanmayıb RƏSMİ
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı-Abşeron və Sumqayıtda dənizkənarı ərazisində tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanmayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, mediada Bakı-Abşeron və Sumqayıtda dənizkənarı ərazidə çöl quşlarının tələf olması ilə bağlı yayılan məlumatlar əsasında AQTA-nın Regional Bölmələri, ETSN-nin yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və KTN-nin yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirilib və müvafiq araşdırmalar aparılıb.
Qeyd olunan məsələ ilə bağlı AQTA tərəfindən quş cəsədlərindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Aparılan sınaqların nəticələrinə əsasən, hər hansı xüsusi heyvan xəstəliyi halı aşkar edilməyib.
Bununla yanaşı Xaçmaz rayonunun Niyazabad kəndi yaxınlığında dəniz kənarında quş cəsədlərinə rast gəlinməsi ilə bağlı yayılan məlumatlar aidiyyəti dövlət qurumları ilə birgə araşdırılır. AQTA diaqnostik nümunələr götürərək müayinələr keçirib. Nəticələr yaxın zamanda açıqlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 23 Fevral 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















