Icma.az
close
up
RU
Şahin Diniyev: Fikrimcə, Çempionlar Liqasının finalında “Barselona” “Arsenal” oyununu izləyəcəyik

Şahin Diniyev: Fikrimcə, Çempionlar Liqasının finalında “Barselona” “Arsenal” oyununu izləyəcəyik

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 aprel, AZƏRTAC

“Turnirin bütün görüşlərini analiz etdikdə, “Barselona” və “Arsenal”ın daha yaxşı təsir bağışladığını deyə bilərik. Hətta kataloniyalılar təcrübə hesabına çempionluğu qazana bilərlər”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev UEFA Çempionlar Liqasında yarımfinala yüksələn İspaniyanın “Barselona”, Fransanın PSJ, İtaliyanın “İnter” və İngiltərənin “Arsenal” klublarının turnirin qalibi olmaq şanslarını dəyərləndirərkən deyib.

Mütəxəssis "Arsenal"ın 1/4 finalda “Real Madrid” üzərində layiqli qələbə (ümumi hesab 5:1) qazandığını söyləyib: “Londonlular ilk matçda (3:0) göstərdikləri oyunla rəqiblərinin çempionluq şanslarını ən aza endirmişdilər. Aydın məsələ idi ki, bu nəticədən sonra nələrisə dəyişmək çətin olacaqdı. Madrid təmsilçisi olduqca təcrübəli komanda olmasına baxmayaraq, “Arsenal”la doğma meydanda belə bacara bilmədi. Qonaqlar layiqli qələbə (2:1) əldə etdilər. Rəqibə üstünlük qurmaları üçün şans vermədilər, həm müdafiədə, həm də hücumda çox kombinasiyalı oyun nümayiş etdirdilər”.

O, yarımfinalda PSJ-yə rəqib olan “Arsenal”ın və “İnter”lə üz-üzə gələcək “Barselona”nın həlledici mərhələyə yüksəlmə ehtimalının daha yüksək olduğunu vurğulayıb: “Topçular” PSJ-dən bir addım öndədir. Amma unutmamaq lazımdır ki, Fransa klubuna Luis Enrike kimi çox təcrübəli baş məşqçi rəhbrəlik edir. Həm klub, həm də komanda uğurları olan mütəxəssisdir. O, nəyi necə etmək lazım olduğunu yaxşı bilir. Çox maraqlı matçlar izləyəcəyik. Şanslar təxminən bərabərdir. Lakin “Arsenal” hazırda çox yaxşı formadadır. Digər komandalara gəlincə, “İnter”in müdafiəsini yarmaq çətindir. İspaniya klubu bunun üzərində xüsusi işləməlidir. Hər şeyə baxmayaraq, bu iki kollektiv arasında kataloniyalıların şanslarını daha yüksək qiymətləndirirəm. Fikrimcə, finalda İspaniya və İngiltərə klublarının oyununu izləyəcəyik. Amma bu, sadəcə, proqnozdur. Futbol isə proqnozu sevmir. Hər bir şey baş verə bilər. İndiki halda 4 kollektiv də finala layiqdir”.

Ş.Diniyev bu raundda ən çox fərqləndiyini və ulduzunun parladığını düşündüyü futbolçuların adlarını da açıqlayıb: “Fikrimcə, bu mərhələdə matçların taleyini həll edən futbolçular “Arsenal”ın hücumçusu Bukayo Saka və “Barselona”nın forvardı Lamin Yamaldır. Düşünürəm ki, bu gənc oyunçular növbəti görüşlərdə də özlərini yaxşı tərəfdən göstərəcəklər.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin qarşılaşmalarına aprelin 29-da start veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri