Icma.az
close
up
RU
Çempionlar Liqasının finalında “Barselona”nı görürəm Ağa Dadaşzadə

Çempionlar Liqasının finalında “Barselona”nı görürəm Ağa Dadaşzadə

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub. Ötən gün “Barselona” doğma meydanda Almaniyanın “Borussiya Dortmund” klubuna darmadağınla qalib gəlib - 4:0. PSJ isə “Aston Villa”nı 3:1 hesabı ilə məğlub edib. Meydan sahiblərinin heyətində Dezire Due, Xviça Kvaratsxeliya və Nunu Mendeş fərqləniblər. Qonaqların qoluna isə Morqan Rocers imza atıb.

Bu raundun əvvəlki matçlarında “Real Madrid” İngiltərədə “Arsenal”a 0:3, “Bavariya” isə evdə İtaliya “İnter”inə 1:2 hesabı ilə uduzub. Cavab görüşləri aprelin 15-16-da təşkil olunacaq.

Bəs bu nəticələrdən sonra Çempionlar Liqasının favoriti hansı komanda hesab oluna bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan idman jurnalisti Ağa Dadaşzadə bildirdi ki, “Arsenal”ın qələbəsini təsadüf saymaq olmaz.

"Özüm “Real Madrid” azarkeşiyəm. “Real Madrid”in mərhələni keçəcəyini dediyim üçün bir az tənqid olundum. Bu, mənim şəxsi fikrim və arzumdur. "Arsenal" tərəfindən haqlı və yaxşı oyun aparıldı. Ancaq düşünürəm ki, “Arsenal” finala çıxmayacaq".

Müsahibimiz qeyd etdi ki, hazırki vəziyyətə görə finalda “Barselona”nı görmək olar.

"“İnter”, “Bavariya”nı da görmək olar. “Arsenal” üstün olsa da, vəziyyəti çətindir. Düşünmürəm ki, “Arsenal” finala çıxsın. Amma nəzərə alsaq ki, “Real Madrid” cavab oyunlarını çox yaxşı oynayır, - dəfələrlə bunun şahidi olmuşuq - “Real Madrid”in cavab oyunu möhtəşəm olacaq. “Real”ın da keçmək şansı kifayət qədər çoxdur. Finalda “Barselona”nı görürəm. “Bavariya”, “İnter” də finalda qalib gələ bilər. Amma “Real” mərhələni keçsə, çempiondur", - deyə A.Dadaşzadə bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Aprel 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri