Icma.az
close
up
RU
Şahin Diniyev: Sabah” “Selye” ilə eyni gücə sahibdir

Şahin Diniyev: Sabah” “Selye” ilə eyni gücə sahibdir

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

"Hər iki komandanın ilk oyunu olduğu üçün nəticə barədə proqnoz vermək çətindir. Bu, mövsümün ilk rəsmi qarşılaşmasıdır və komandaları ötən mövsümdəki formaları ilə müqayisə etmək doğru olmaz".

Bu sözləri Apasport.az saytına açıqlamasında Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis "Sabah"ın UEFA  Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "Selye" ilə matçdakı şansını dəyərləndirib: “Selye” klubunda ciddi dəyişikliklər baş verib – bir çox futbolçu komandadan ayrılıb, eyni zamanda heyətə yeni oyunçular cəlb olunub. Baş məşqçi isə yerində qalıb. O, ispandır və komandaya İspan futboluna xas olan üslubu aşılayıb. “Selye” topla oynamağı sevən komandadır və standart vəziyyətlərdən çox, topa nəzarət edərək hücum qurmağa üstünlük verir. Məqsədləri də bu şəkildə “Sabah”ın qapısına yol tapmaq olacaq. “Sabah”da isə yalnız oyunçu heyəti deyil, baş məşqçi də dəyişib. Yeni sistem qurulub və bu, komandanın oyun üslubuna birbaşa təsir edəcək. Qarşıda bizi maraqlı və gərgin bir oyun gözləyir. “Sabah” “Selye” ilə eyni gücə sahibdir. Kim daha yaxşı hazırlıq prosesi keçibsə, təlim-məşq toplanışını yüksək səviyyədə tamamlayıbsa, məhz o komanda bu cütün qalibi olacaq. Hazırda şanslar tam bərabərdir. Ev-səfər amili isə artıq keçmişdə qalıb və müasir futbolda həlledici faktor sayılmır. Bununla belə, ikinci oyunu evdə keçirən komanda bir qədər üstün ola bilər. Çünki artıq bir oyunu arxada qoyduqdan sonra rəqibi tanımaq və taktiki baxımdan uyğunlaşmaq mümkündür. Bu da evdə oynayan komandanın rahatlığını artıra bilər. Lakin bu, hər şeyi müəyyənləşdirmir. Düşünürəm ki, yoldaşlıq oyunlarının nəticələri önəm daşımır. Həmin matçlarda futbolçular tam formada olmur və real güclərini göstərə bilmirlər. Valdas Dambrauskasın komandanı Avropa Liqasının qrup mərhələsinə qədər aparacağına inanmıram. Fikrimcə, “Sabah” “Selye” maneəsini aşmağı bacarsa, UEFA Konfrans Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazana bilər".

Qeyd edək ki, “Sabah” – "Selye" matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.

Braziliyalı futbolçu “Şamaxı”da Stas Pokatilov: "Selye" güclü rəqibdir" "Sabah"ın yeni baş məşqçisi: "Güclü rəqiblərlə oynamaq istəyirəm" Valdas Dambrauskas: "Bu, qərarıma çox təsir etdi" "Sabah"dan "Zirə"yə - RƏSMİ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://apasport.az
archiveBu xəbər 09 İyul 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri