Icma.az
close
up
RU
Şahin Mustafayev iranlı nazirlə danışdı Nələr müzakirə olundu?

Şahin Mustafayev iranlı nazirlə danışdı Nələr müzakirə olundu?

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ölkə.az xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər ikitərəfli münasibətlərdəki son hadisələri, xüsusilə tranzit, energetika və sərhəd infrastrukturu sahələrində iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətlərini müzakirə ediblər.

Bildirilib ki, tərəflər iki ölkə arasında münasibətlərin artan dinamikasını yüksək qiymətləndirərək yüksəksəviyyəli məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qaz, elektrik enerjisi və nəqliyyat sahələrində keçirilən ixtisaslaşmış görüşlərə toxunan Fərzanə Sadiq həmin görüşlərdə qəbul olunan qərarların icrasına nəzarət etmək üçün birgə komitələrin yaradılması prosesinin sürətləndirilməsinə çağırıb.

Son regional gərginliklər nəticəsində nəqliyyat infrastrukturuna dəyən ziyana diqqət çəkən iranlı nazir deyib:

"Mövcud problemlərə baxmayaraq, zədələnmiş nəqliyyat marşrutlarının bərpası prioritet məsələdir və icra olunan infrastruktur layihələrinin tamamlanması prosesi fasiləsiz davam edir".

O, Tehran və Bakı arasında əlaqələrin möhkəmləndirilməsini iki ölkə prezidentlərinin iradəsi ilə əlaqələndirib.

Telefon danışığı zamanı Şahin Mustafayev də dəmir yolu layihələrinin icrasının gedişatından razılığını ifadə edərək deyib:

"Azərbaycan ərazisində Ağbənd qəsəbəsinə qədər olan dəmir yolu xətti tamamlanıb. İrana aparan hissənin başa çatdırılması ilə biz regionun tranzit və logistika imkanlarında əhəmiyyətli dəyişikliklərin şahidi olacağıq".

Şahin Mustafayev İranın Yol və Şəhərsalma Nazirliyinin infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması istiqamətindəki peşəkar fəaliyyətini yüksək qiymətləndirib.

Söhbətin sonunda tərəflər son regional hadisələrlə bağlı fikir mübadiləsi aparıb, strateji və iqtisadi əməkdaşlığın dərinləşdirilməsini regionda sabitlik və inkişafın əsas istiqamətlərindən biri kimi vurğulayıblar.(oxu.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Sentyabr 2026 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri