Şahin Mustafayev Tehrana gedir Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İrana səfər edəcək.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, məlumatı “News.mrud.ir” yayıb.
Bildirilib ki, o, İranın yollar və şəhərsalma naziri Fərzanə Sadeqi ilə görüşüb.. Rəsmilər İran Astarasında birgə sərhəd layihələrinin sahə tədqiqatının aparılması barədə razılıq əldə ediblər.
Məlumata görə, görüş zamanı Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının rəhbərlərinin iki ölkə arasında iqtisadi və inzibati əməkdaşlığın inkişafı, xüsusilə sərhəd layihələri sahəsində məsələləri müzakirə edib, fikir mübadiləsi aparıblar.
Rəsmilər "Astara" sərhəd terminalının və sərhəd körpülərinin tikintisi də daxil olmaqla birgə sərhəd layihələrinin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.
Razılaşdırılıb ki, Şahin Mustafayev yaxın zamanda birgə layihələrin həyata keçirilməsinin cari vəziyyətini ərazidə tədqiq etmək və qiymətləndirmək üçün Astara şəhərinə səfər edəcək. Səfər zamanı İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiya çərçivəsində iki ölkə arasında müxtəlif iqtisadi məsələlər nəzərdən keçiriləcək, təhlil ediləcək, həmçinin tərəflər layihələrin irəliləməsi və mümkün maneələrin aradan qaldırılması yolları barədə danışıqlar aparacaq, fikir mübadiləsi edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 06 Avqust 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















