Icma.az
close
up
RU
Şahin Şıxlinskinin həbsi bizi qorxutmaq məqsədi daşıyır Qohumundan AÇIQLAMA

Şahin Şıxlinskinin həbsi bizi qorxutmaq məqsədi daşıyır Qohumundan AÇIQLAMA

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yekaterinburqda fəaliyyət göstərən “Azərbaycan-Ural” milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

Şahin Şıxlinskinin oğlu vəkil Mutvalı Şıxlinski bildirib ki, səhər saatlarında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları həm atasını, həm də özünü saxlayıblar. Daha sonra Mutvalı azad edilib, Şahin Şıxlinski isə dindirilmək üçün İstintaq Komitəsinə aparılıb.

M.Şıxlinski güman edir ki, saxlanılmanın səbəbi Yekaterinburqda iki azərbaycanlı qardaş - Səfərovların öldürüldüyü xüsusi əməliyyatla bağlı ola bilər.

Modern.az-a açıqlamasında Şahin Şıxlinskinin qohumu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib ki, təşkilat sədri bundan öncə də şahid qismində saxlanılıb:

“Bundan əvvəl şahid qismində Şahini artıq dindiriblər. Yenə də şahid qismində saxlayıb aparıblar. Şahin özü hüquqşünasdır, vəkildir. Vəkil konturası var, oğlu da vəkildir. Oradakı Vəkillər şurasının üzvləridirlər. Şahin Şıxlinskinin bu şəkildə şahid qismində dindirilməsi, həbs edilməsi bizi qorxutmaq məqsədi daşıyır. Ümumiyyətlə, Şahin orada çox nüfuzlu adamdır. Şahin həmişə nə məsələ varsa, həll edən adamıydı. Düşünürəm ki, bunlar demək istəyir ki, “biz hər şeyi edə bilərik”. Yəni rusların vəhşiliyidir. Başqa əlavə nəsə bilmirəm”. 

E.Şıxlinski Rusiya-Azərbaycan münasibətlərində yaranan gərginliyi də şərh edib:

“Bu onların sadəcə son çırpıntılarıdır. Rusiya Cənubi Qafqazda demək olar ki, nüfuzunu itirib. İndi Ermənistanda hərbi bazası var. Bu ölkədə müəyyən dəmir yolları onun əlindədir. Bir çox şey Rusiyanın əlində olsa da, Ermənistan yavaş-yavaş üzünü çevrib gedir Qərbə tərəfə. Türkiyə və Azərbaycanla münasibətləri düzəltsə və bizimlə sülh müqaviləsi imzalasa, Rusiyanın buradan əli tamamilə üzülür. Bizim cənubumuzda olan İranla da bu ölkənin əlaqələri kəsilməkdədir, yəni heç bir nüfuzu yoxdur. İrana 12 gün hücum olanda, Rusiya heç bir şey etmədi. Rusiya yenə də köhnə metoddan istifadə edib, burada aranı qarışdırmaq istəyir ki, Azərbaycan müstəqil siyasət yürütməsin. Sadəcə bizi, Azərbaycanı qorxutmaq istəyirlər. Göstərmək istəyirlər ki, onlar buradadırlar və nə istəsələr edə bilərlər. Amma bu alınmır. Bir maraqlı fakt da var, Rusiya Tatarıstanın rəhbərini Türkiyəyə yollayıb. Bunu da düşünmək lazımdır”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyul 2025 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see229

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see219

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see194

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see193

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see191

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see166

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see163

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see162

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see160

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see148

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see147

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see144

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see142

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see141

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see140

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see139

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see136

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see135

Afrika Millətlər Kuboku: Günün nəticələri

30 Dekabr 2025 01:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri