Icma.az
close
up
RU
Şahin Şıxlinskiyə alternativ diaspor təşkilatı yaradılacaq: “Namizəd olacağam”

Şahin Şıxlinskiyə alternativ diaspor təşkilatı yaradılacaq: “Namizəd olacağam”

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Namizədliyimi irəli sürməyi planlaşdırıram".

Yenisabah.az kommersant-a istinadla xəbər verir ki, bunu Sverdlovsk vilayəti azərbaycanlılarının Mədəniyyət, Gənclər və İdman Mərkəzinin rəhbəri Vidadi Mustafayev bildirib.

Onun sözlərinə görə, çox güman ki, Azərbaycan diasporunun yeni rəhbərinin seçiləcəyi iclas keçiriləcək. Dördpendirli pizza

"Şahin ŞIxlinskinn "Azərbaycan-Ural" təşkilatı hakimiyyətə öz işini göstərmək baminə yaradılmış qurama təşkilatdır", - deyə Mustafayev vurğulayıb.

Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində federal axtarış elan edilməsi ilə bağlı məlumatlar var. Lakin mılumatda onun Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham olunduğu göstərilməyib.

“Kommersant-Ural” mənbəsinin sözlərinə görə, diaspor rəhbəri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmək) və 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə axtarışa verilə bilər.

İstintaqın vəziyyəti ilə tanış olan “Kommersant-Ural” mənbəsinin sözlərinə görə, Şahin Şıxlinski indi Azərbaycanın Moskvadakı diplomatik nümayəndəliyindəki qonaq evində qalır.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə işin başlanmasına səbəb iyulun əvvəlində xüsusi təyinatlıların Şahin Şıxlinskini etnik qrupla bağlı iş üzrə şahid qismində dindirilmək üçün saxlaması ilə bağlı baş vermiş insident olub. Bu, Yekaterinburqda “Plaza Baku” ticarət mərkəzinin yaxınlığında (Sulimova küç. 21) baş verib.

Diaspor rəhbəri oğlu Mutvalı Şıxlinskinin idarə etdiyi yolsuzluq avtomobilinin sərnişin oturacağında əyləşib. O, xüsusi təyinatlılardan uzaqlaşmağa çalışaraq onlardan birini vuraraq, sonradan məlum olduğu kimi, sağlamlığına ciddi ziyan vurub.

Yekaterinburqun Leninski Rayon Məhkəməsinin qərarı ilə kiçik Şıxlinski Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) ilə ittiham edilərək həbs edilib.

İyulun 30-da Sverdlovsk vilayət məhkəməsi Mutvalı Şıxlinskinin vəkilinin həbs-qətimkan tədbirinin yüngülləşdirilməsi ilə bağlı şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxlayıb.

O, təqsirini boynuna almayaraq təhlükəsizlik əməkdaşını “qəsdən vurmadığını” bildirib. 

“Kommersant-Ural”ın mənbələri bildiriblər ki, Şahin Şıxlinski istintaq təcridxanasında olan oğlu ilə “etibarlı adamlar vasitəsilə” əlaqə saxlayır, lakin Şahin Şıxlinski həbs qətimkan tədbirinin seçilməsi üçün iyulun 16-da keçiriləcək məhkəmə iclasına gəlməyib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 31 İyul 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri