Icma.az
close
up
RU
Şahmar Hacıyev: İşğaldan azad olunmuş ərazilər bərpa olunan enerji baxımından böyük imkanlara malikdir

Şahmar Hacıyev: İşğaldan azad olunmuş ərazilər bərpa olunan enerji baxımından böyük imkanlara malikdir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 9 sentyabr, AZƏRTAC

Bərpa olunan enerjinin inkişafı bu gün Azərbaycan üçün ən prioritet istiqamətlərdən biridir. Yaşıl iqtisadiyyatın qurulması yolunda ötən il Bakıda keçirilən COP29 isə ölkəmizə güclü təkan verib. Biz yaxşı bilirik ki, bərpa olunan enerji resurslarının səmərəli istifadəsi yalnız iqtisadi tərəqqi üçün deyil, həm də ekoloji dayanıqlılıq baxımından mühüm əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “İnkişaf və təhlükəsizliyin rezonansı: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının “Yaşıl və rəqəmsal transformasiya şəraitində təchizat zənciri üzrə əməkdaşlıq” mövzulu iclasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Şahmar Hacıyev deyib.

O qeyd edib ki, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər” sənədində ölkənin davamlı inkişafını təmin edəcək beş əsas istiqamət müəyyən edilib. Bunlara rəqabətədavamlı və sabit artan iqtisadiyyat, sosial ədalətə əsaslanan inklüziv cəmiyyət, müasir innovasiyalar və rəqabətqabiliyyətli insan kapitalı, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış və nəhayət, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi konsepsiyası daxildir:

“Milli prioritetlər çərçivəsində yüksək keyfiyyətli ekoloji mühitin təmin olunması, həmçinin “yaşıl enerji zonası”nın yaradılması əsas hədəflərdəndir. Azərbaycan BMT-nin Paris İqlim Sazişinə uyğun olaraq 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmağı qarşısına məqsəd qoyub. 2030-cu ilə qədər isə ümumi enerji istehsalında bərpa olunan enerji mənbələrinin payının 35 faizə çatdırılması planlaşdırılır. Xüsusilə qeyd etməliyəm ki, işğaldan azad olunmuş ərazilərimiz bu sahədə böyük imkanlara malikdir. Aparılan araşdırmalara görə, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi potensialı 7200 MVt, Kəlbəcər və Laçın rayonlarında külək enerjisi potensialı 2000 MVt, hidroenerji potensialı isə 510 MVt olduğu müəyyən edilib. Ümumilikdə isə Azərbaycanın bərpa olunan enerji potensialı 23 min MVt-dan çox günəş, 3 min MVt külək, 380 MVt bioenerji və 520 MVt kiçik su elektrik stansiyalarından ibarətdir”.

Şöbə müdiri bütün bu imkanların reallaşdırılması ölkəmizin enerji təhlükəsizliyinə, ixrac potensialının genişlənməsinə və eyni zamanda “yaşıl enerji zonası” konsepsiyasının gerçəkləşməsinə mühüm töhfə verəcəyini qeyd edib: “Azərbaycan artıq özünü regionda yaşıl enerji mərkəzi kimi təqdim edir və qarşıya qoyulan hədəflərə çatmaq üçün bütün resurslarını səfərbər edib. Əminəm ki, bu strateji xətt yalnız ölkəmizə deyil, bütövlükdə regiona sabitlik və dayanıqlı inkişaf gətirəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri