İşğaldan azad olunmuş ərazilər böyük kənd təsərrüfatı potensialına malikdir ŞƏRH EDİLDİ
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
"İşğaldan azad olunmuş ərazilər böyük kənd təsərrüfatı potensialına malikdir. Gələcəkdə aqrar sektorun inkişaf etdirilməsi, sözsüz ki, həmin ərazilərdə su təminatının ödənilməsini bir zərurətə çevirəcəkdir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
O bildirib ki, artıq işğaldan sonra həmin ərazilərin bir hissəsində kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə başlanılıb və son illərdə yüz min hektarlarla sahələrdə dənli, paxlalı bitkilər və digər kənd təsərrüfatı məhsulları yetişdirilməyə başlanmışdır: "Digər tərəfdən, dağlıq rayonlarda artıq heyvanların qaldırılması, arı ailələrinin bəslənməsi işləri yay aylarında uğurla davam etdirilir.
Əlbəttə ki, su təsərrüfatlarının yaradılması, suvarma texnologiyasının yüksək səviyyədə təşkili gələcəkdə həmin ərazilərdə məhsuldarlığın artırılmasına və həm də kənd təsərrüfatının inkişafına yeni bir təkan verəcəkdir. Bunun üçün sözsüz ki, yeni su anbarlarının yaradılması vacib məsələ kimi qarşıya qoyulur. Azərbaycan Prezidenti cənab İlham Əliyev də azad olunmuş ərazilərdə su anbarlarının qurulmasına və su hövzələrinin yaradılmasına çox böyük önəm verir. Bu baxımdan da həmin ərazilərdə iki böyük su anbarının yaradılması, tikintisi bugünün tələbidir və gələcəkdə aqrar sektorun inkişafına çox böyük imkanlar yaratmaq məqsədi daşıyır.
Əlbəttə ki, həmin ərazilərdə artıq kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi davam etdirilir və çox yaxşı haldır ki, Zəngilan və Qubadlı rayonlarında artıq sakinlərə icarə qaydasında torpaqların verilməsi həyata keçirilir. Bu, sahibkarlar və kiçik sahibkarlığın inkişafına öz köməyini göstərəcəkdir.
Ümumiyyətlə, Azərbaycanda, bildiyiniz kimi, su çatışmazlığı mövcuddur. Bu, dünyada da mövcuddur və belə bir halda suların yığılması, yeni su anbarlarının yaradılması gələcək inkişaf üçün, kənd təsərrüfatının sürətlə inkişafı üçün əhəmiyyətlidir. Bu günlərdə nazirlərlə keçirilən toplantıda da cənab İlham Əliyev bu məsələləri qarşıya qoydu və ölkənin su təsərrüfatının inkişafı üçün qarşıda duran vəzifələri bir daha müəyyənləşdirdi. Sözsüz ki, bu tədbirlərin uğurla həyata keçirilməsi regionların sosial-iqtisadi inkişafı, əhalinin rifahının yaxşılaşdırılması və su ehtiyatlarının təminatı üçün çox vacibdir və bu da aqrar sektorun, xüsusilə sahibkarlığın su sarfiyyatına öz təsirini göstərəcəkdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 14 Yanvar 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















