Icma.az
close
up
RU
Şahmat taxtasında hərbi baza yarışı: Kim harada və niyə gözləyir?

Şahmat taxtasında hərbi baza yarışı: Kim harada və niyə gözləyir?

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hərbi bazalar təkcə texniki obyektlər deyil, qlobal şahmat taxtasının ən kritik gedişləridir. Çin öz qapısının önünü nəzarətdə saxlamağa çalışdığı halda, ABŞ-ın 29 rəsmi hava bazası ilə yaratdığı "sürətli müdaxilə” şəbəkəsinin mülki uçuşlara və regional balanslara təsiri gözləniləndən xeyli böyükdür.

Qaynarinfo xəbər verir ki, qlobal hərbi güc balansları müzakirə ediləndə mövzu adətən diqqətçəkən başlıqlar ətrafında cəmlənir: nəhəng aviadaşıyıcılar, radara düşməyən "gizli” təyyarələr və ya ən yeni raket texnologiyaları ön plana çıxır. Halbuki bütün bu inkişaf etmiş texnikanın real şəkildə işləməsini təmin edən əsas infrastruktur – yəni hərbi bazalar – çox vaxt diqqətdən kənarda qalır. Əslində isə bir ölkənin real hərbi potensialını müəyyən edən əsas amil təkcə öz ərazisini müdafiə etməsi deyil, gücünü sərhədlərindən minlərlə kilometr uzağa necə və nə qədər sürətlə ötürə bilməsidir.

Bu gün bir çox ölkə öz sərhədlərindən kənarda hərbi mövcudluq nümayiş etdirir. Böyük Britaniya Cəbəllütariqdən Folklend adalarına qədər uzanan strateji nöqtələrdə daimi bazalara malikdir. Fransa xüsusilə Afrika və Yaxın Şərqdə hərbi şəbəkəsini qoruyur, Rusiya isə keçmiş Sovet məkanında və münaqişə bölgələrində aktiv bazalar saxlayır.


Çin və Hindistan kimi yüksələn güclər də strateji nöqtələrdə ilk addımlarını atır. Lakin bütün bu ölkələrin ümumi imkanları ABŞ-ınn qurduğu nəhəng şəbəkə ilə müqayisədə xeyli zəif görünür. ABŞ Müdafiə Nazirliyinin məlumatlarına görə, ölkə dünya üzrə 120-dən çox dənizaşırı hərbi obyekti idarə edir. Onlardan 29-u rəsmi olaraq "hava bazası” statusuna malik olsa da, uçuş-enmə zolağı və təyyarə texniki xidməti imkanları olan obyektlərin sayı 80-ə qədər çata bilər.

Qitələrarası güc proyeksiyası

ABŞ-ın qurduğu bu şəbəkənin coğrafi bölgüsü ölkənin qlobal strategiyasını da aydın şəkildə əks etdirir. Avropada yerləşən 9 hava bazası NATO əməliyyatlarını dəstəkləyir, Yaxın Şərqdə cəmlənən 10 aktiv baza isə bölgədə Amerika təsirinin qorunmasına xidmət edir. Hind–Sakit okean bölgəsindəki 7 baza isə xüsusilə Çin və Tayvan arasındakı gərginliyi yaxından izləmək üçün strateji istehkam rolunu oynayır.


Digər ölkələr hərbi bazalarını daha çox regional üstünlük qazanmaq və ya yaxın ətrafdakı təhdidləri dəf etmək məqsədilə istifadə etdikləri halda, ABŞ materikindən qalxacaq təyyarələrə ehtiyac olmadan dünyanın istənilən nöqtəsində dərhal əməliyyat apara bilən sistemi üstün tutur.

Hərbi ekspertlərin fikrincə, bu bazaların mövcudluğu təkcə əməliyyat rahatlığı yaratmır, eyni zamanda güclü çəkindirici amilə çevrilir. Müəyyən bir bölgədə Amerika hava bazasının olması rəqib gücləri addımlarını iki dəfə düşünməyə vadar edir. Məsələn, Çin kimi digər böyük güclər hələlik əsasən Cənubi Çin dənizi kimi öz yaxın ətrafındakı sulara nəzarətə fokuslanır, ABŞ-ın strategiyası isə bütün dünyanı əhatə edir.

2026-cı il etibarilə ortaya çıxan mənzərə kifayət qədər aydındır: ABŞ dünyada analoqu olmayan və həqiqətən qlobal miqyasda fəaliyyət göstərən yeganə dənizaşırı hava bazası şəbəkəsinə nəzarət etməyə davam edir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Yanvar 2026 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri