Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ikinci oyunları keçiriləcək
Icma.az, Report.az saytına istinadən bildirir.
Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ikinci oyunları bu gün keçiriləcək.
"Report"un məlumatına görə, Şəhriyar Məmmədyarov həlledici raundda Rauf Məmmədovla üz-üzə gələcək.
Tərəflər arasında ötən gün baş tutan görüş heç-heçə yekunlaşıb - 0,5:0,5. Teymur Rəcəbov isə səhhətindəki problem səbəbindən Misrətdin İskəndərovla üçüncü yer uğrunda qarşılaşmaya qatılmayıb.
Qadınlarda finalda Gövhər Beydullayeva ilə Günay Məmmədzadə münasibətlərə aydınlıq gətirəcəklər. İlk dueldə G.Beydullayeva qalib gəlib - 1:0. Üçüncü yer uğrunda görüşdə Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova üz-üzə gəlir. Ü.Fətəliyeva ötən gün qələbə qazanıb - 1:0.
Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 14 Fevral 2025 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















