Şahruddin etiraz edir, amma ortada Elvin Cəfərquliyev və başqa nümunələr də var legioner limiti məsələsi yenə gündəmə gəlib
Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
Millimizin Fransaya məğlubiyyəti yox, həmin oyundan sonra Şahruddin Məhəmmədəliyevin fikirləri daha çox gündəm oldu. "Qarabağ"ın qapıçısı Premyer Liqada legioner limitinin aradan qaldırılmasının millini daha faciəvi vəziyyətə sürükləyəcəyini dedi.
Əslində, həmin qərar verilən ərəfədə də əksər mütəxəssislər buna qarşı çıxmışdılar. Millimizin hazırki çalışdırıcısı Ayxan Abbasov da limitin dəyişməsinin əleyhinə olmuşdu. O vaxt bəlkə də, ən ideal variantı Qurban Qurbanov təklif etmişdi. Ölkənin bir nömrəli futbol mütəxəssisi əvvəlcə "8+3", sonrakı illərdə fərqli limitlər tətbiq etmək fikrini irəli sürmüşdü.
Hal-hazırda futbol ictimaiyyəti bu məsələdə iki yerə bölünüb. Bir hissə elə düşünür ki, heç bir yerli futbolçu limitdən gələn məcburiyyət hesabına əsas heyətdə yer almalı deyil, əcnəbilərlə rəqabətə girməlidir. Belə olan halda yerlilər də inkişaf edəcək. İkincilər iddia edirlər ki, bu qərar onsuz da güclü olmayan millimizi daha da zəiflədəcək. Milli üzvləri daha çox ehtiyatda oturacaqlar, bu da durumun pisləşməsinə gətirib çıxaracaq.
Sözsüz ki, Şahruddin Məhəmmədəliyevin dediklərində də həqiqət var. Məsələn, millinin əsas heyət üzvlərinə çevrilməkdə olan Abdulla Xaybullayev və Xəyal Əliyev "Sabah"da daha çox ehtiyatda əyləşirlər, əcnəbilərlə rəqabəti qazanmaları elə də asan görünmür.
Amma əks nümunələr də var. Məsələn, Elvin Cəfərquliyev və Bəhlul Mustafazadə. Bu iki yerli "Qarabağ"ın heyətində Çempionlar Liqasında oynayırlar. Belə görünür ki, onların çıxışı Qurban Qurbanovu da məmnun edir. Və ya Mustafa Əhmədzadə. Gənc futbolçu səviyyəli legionerləri olan "Araz-Naxçıvan"da özünə ilk onbirlikdə yer eləyə bilir. Siyahını uzatmaq da olar.
Düz, ya səhv AFFA artıq bu qərarı verib. Ən azı iki mövsüm bu limitlə davam edib, bunu da sınaqdan keçirmək lazımdır. Milliyə gəlincə, Ayxan Abbasov təyinat alanda şərtləri bilib və bu reallığı nəzərə alıb millidə çalışmağa razılıq verib.
Həmid
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 19 Noyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















