Icma.az
close
up
RU
Şahruddin: “İslandiyaya uduzandan sonra üzr istəmək belə utandırıcı idi”

Şahruddin: “İslandiyaya uduzandan sonra üzr istəmək belə utandırıcı idi”

Apasport saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Apasport.az saytına müsahibə verib.

- İslandiyaya böyükhesablı məğlubiyyətdən sonra milli içərisində sanki xaos yaranmışdı. Ardınca Fernandu Santuş istefaya öndərildi. Bir gündə yeni baş məşqçi gəldi. Bu periodu necə keçirdiz?
- O günlərdə hamımız yalnız məşqlərə fokuslandıq. Ukrayna ilə oyuna tam hazırlaşmağa çalışdıq. Çünki meydana bizim yerimizə kimsə çıxmayacaqdı. Azərbaycanı təmsil edən bizik və bunu da biz etməli idik. Təəssüf ki, İslandiya ilə matçda çox üzücü bir məğlubiyyət aldıq.

- Ayxan Abbasov qısa müddətdə daha çox psixoloji tərəfdən oyuna hazırladığını bildirdi. Təbii ki, vaxt az idi. Üstəlik, sistemi də izah etməyə çalışdı. Görünür ki, komanda tez bir zamanda həm yeni sistemə öyrəşdi, həm də psixoloji durumunu düzəltdi?
- 0:5 hesablı məğlubiyyətdən sonra düzünü desəm, çox çətin idi. Hətta İslandiyaya uduzandan sonra heç kimlə danışmaq istəmirdik. Nə hansısa söz demək, nə bəhanə gətirmək… Hətta üzr istəmək belə utandırıcı idi. Çünki doğrudan da ağır məğlubiyyət idi. Amma Ayxan müəllim düzgün sözləri tapdı və komandaya güc verdi. Allaha şükürlər olsun ki, Ukrayna ilə oyunda belə nəticə qazana bildik.

Ukrayna ilə görüşdə qazanılan bir xalı hazırkı dönəmdə uğurlu nəticə saymaq olar? Oyun necə alındı?
- Ətrafda baş verənləri nəzərə alsaq, bunun yaxşı nəticə olduğunu düşünürəm.

- Maraqlıdır, dünənki kimi sona qədər əla mübarizə aparmağa indiyədək nə mane olurdu? Demək olar ki, əvvəlki məşqçilər komandaya psixoloji və taktiki cəhətdən tam hazırlıq verə bilmirdi?
- Mən bunu keçmişdə qoymaq istərdim. Əsas odur ki, bunun bir daha təkrarlanmamasına imkan verməyək. Həmişə sona qədər oynamaq və mübarizəni dayandırmamaq lazımdır.

- Qarşıda isə sizi çox ağır görünən Fransa matçı gözləyir. Yəqin ki, İslandiyanın onlara qarşı mübarizəsini izləmisən. Az qala 2:2 oynayacaqdılar. Bu, sizə inam verdi ki, Fransa ilə əslində oynamaq olar və əksəriyyətin düşündüyü kimi böyük hesabla uduzmamaq mümkündür?
– Top rəqibə qarşı oynayacağıq. Əgər oyunu istədikləri kimi qursalar, böyük problemlər yarana bilər. Amma hələ vaxt var və indidən orada nə olacağını demək istəmirəm.

Düşünmək olar ki, Ukrayna ilə oyunda qazandığınız xal qrupdakı ilk və yeganə xal olmayacaq?
– Hər şey bizdən asılıdır. Allah nəsib etsin, bütün uşaqlar öz klublarında daim oynasınlar və milli komandaya inamlı, böyük motivasiya və arzu ilə gəlsinlər.

“Qarabağ”ın heyətində avrokuboklarda meydana çıxmırsan. Amma milli komandanın heyətində iki çox yaxşı oyun göstərdin. İslandiyaya 0:5 hesabı ilə uduzsaq da, əla qurtarışlar etdin. Ukraynaya qarşı isə qapıda çox etibarlı və cəsarətli idin. Səncə, bu performans “Qarabağ”da avrokubok oyunlarında da şans qazanmağına və yenidən əsas qapıçıya çevrilməyinə təkan verə bilər?
-Allah nəsib etsin ki, işləməyə davam edək və şansımızı gözləyək. Hər halda şans gələcək. Əsas odur ki, hazır olaq.

"Qarabağ"da gözlənilməz ayrılıq - EKSKLÜZİV "Zirə" braziliyalı müdafiəçini heyətinə qatıb “Qarabağ” dünya reytinqində 38 pillə irəliləyib - “Sevilya” və “Nyukasl”ı qabaqlayıb “ASTA Mingəçevir”dən 6 transfer - RƏSMİ “Qəbələ”dən növbəti transfer
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://apasport.az
archiveBu xəbər 11 Sentyabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri