Icma.az
close
up
RU
“İslandiyaya məğlubiyyət normal idi” Murad Musayev

“İslandiyaya məğlubiyyət normal idi” Murad Musayev

Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.

“Qəbələ”nin futbolçusu Murad Musayev İdmanxeber.az saytına müsahibə verib.

O, ötən tur “Turan Tovuz”la görüşdən və komandanın cari mövsüm çıxışından danışıb:

– “Turan Tovuz”la görüşdən də məğlub ayrıldınız. Xal qazanmaq üçün nə çatmadı?

Bizi çətin oyun gözlədiyini bilirdik, çünki “Turan Tovuz” komandası ən yaxşı müdafiə olunan klublardan biridir. Heyətində də çox yaxşı futbolçular var. Amma düşünürəm ki, yaxşı mübarizə apardıq, yaxşı oynadıq. Sadəcə bir az təcrübəsizlik bizə mane oldu ki, qələbə qazanaq.

– 4 oyundur qələbə qazana bilmirsiniz. Komanda daxilində müəyyən təzyiq yaranıb?

Əlbəttə, istər-istəməz məğlub olanda təzyiq olur. Bu, futbolda normal bir şeydir. Amma biz təzə komandayıq. Düşünürəm ki, gələcək oyunlarda daha yaxşı olacaq. Bizə sadəcə bir qələbə lazımdır ki, bu “qara zolaq”dan çıxa bilək. Çünki həqiqətən yaxşı futbol oynayırıq, sadəcə nəticə ürəkaçan deyil.

– Son 4 oyunda birinci hissəni yaxşı oynayırsınız, amma ikinci hissədə zəif təsir bağışlayırsınız. Bu fiziki hazırlıqla bağlıdır?

Ola bilər. Çünki futbolçu baxımından da problemimiz var. Ehtiyat oyunçu skamyamız kasaddır. Oyuna sonradan daxil ola biləcək az futbolçumuz var. Bu da bizə oyunun sonuna qədər temp saxlamağa mane olur. Amma inşallah, çalışırıq, məşqlərdə çox işləyirik. Daha yaxşı olmaq üçün zamana ehtiyac var.

– Milli komandanın İslandiya və Ukrayna oyunlarını izləmişdin? Bu görüşlər barədə nə deyə bilərsən?

Nə bilim, indi futboldur – qələbə də olur, məğlubiyyət də. İslandiyaya məğlubiyyət normal idi. Amma Ukrayna oyununda millimiz daha yaxşı mübarizə apardı. Çətin vəziyyətdə bir xal qazanmaq da pis nəticə deyil.

– Böyük ehtimalla yeni baş məşqçi yerli olacaq. Adı ən çox hallananlardan biri də Ayxan Abbasovdur…

İnşallah, belə deyək, milli komandaya yerli məşqçinin gəlməsi daha yaxşı olar. Çünki bizim futbolçuları daha yaxşı tanıyır, daha yaxşı motivasiya verir, hər birinin potensialına bələddir. Əlbəttə, hamı kimi biz də öz üzərimizdə işləyirik, çalışırıq ki, dəvət alaq.

Fərid Nəsibov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 18 Sentyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri