Icma.az
close
up
RU
Şahruddin Məhəmmədəliyev: O zərbəni dəf etmək çox çətin idi

Şahruddin Məhəmmədəliyev: O zərbəni dəf etmək çox çətin idi

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev apasport.az saytına müsahibə verib.

- Fransa ilə görüşdə çoxları millimizin böyükhesablı məğlubiyyətini ehtimal edirdi. Amma komanda rəqibinə 0:3 uduzdu. Səncə, xal qazanmaq real idi?
- Hansı komandaya qarşı oynayacağımızı hamımız yaxşı başa düşürdük. Əsas məqsəd sona qədər mübarizə aparmaq idi. Bu da uşaqlarda alındı. Komanda yoldaşlarım çox güc sərf etdilər. Bu oyun haqda çox danışmaq olar ki, ilk hissənin son dəqiqələrində qol buraxmasaq, necə olardı... Amma etiraf edək ki, biz Fransa millisi tam fərqli səviyyələrdəyik. Fikrimcə, bunu da hamı yaxşı başa düşür.

- Kilian Mbappe 1-ci qol zamanı komandamızın üzvlərini bir-bir keçərək qapımız istiqamətinə yaxınlaşanda, qısa zamanda zərbə vuracağını ehtimal edirdin? Yəqin ki, zərbəni dəf etmək çətin idi?
- Bəli, orada çox da nəsə fikirləşməyə ehtiyac yox idi. Ən azından topu görməyə çalışırsan və qarşıdakı saniyədə nə edəcəyini düşünürsən. Dəf edilməsi mümkün olmayan zərbə yoxdur. Amma bu zərbəni dəf etmək çox çətin idi.

- Qapıda etibarlı idin. Öz performansından razı qaldın?
- Xüsusi bir şey etmədim. Bütün uşaqlar məsuliyyəti üzərinə aldı və sona qədər mübarizə apardı. Zərbələrin qarşısını almağı bacardılar.

- Matçdan sonra Fransa millisinin qapıçısı Mayk Menyanla söhbət edirdin. Nə haqda danışırdınız?
- Menyan Yassin Benzianın yaxın dostudur. Bir az söhbət etdik. Bir-birimizə uğurlar arzulayıram. Sonda da formalarımızı dəyişdik.

- Növbəti görüşünüz Ukrayna yığmasına qarşıdır. Yorğunçuluq var? Bu matç haqda nə fikirləşirsən?
- Əlbəttə, yorğunçuluq var. Bu, normaldır. Allah qoysa, bərpa olunacağıq. Zamanımız var. Düzgün istirahət edərək, oyuna hazırlaşmalıyıq. 

- Ayxan Abbasov uzun müddət postunda qalsa, bu sistemi möhkəmləndirə bilsə, səncə, milli uğur qazana biləcək?
- Fransa və Ukrayna ilə görüş göstərdi ki, bizə bizim dildə danışan insan lazımdır. Hansı ki, həmin məşqçi ölkəsinin patriotudur. Futbolumuz təəssüf ki, o səviyyələrdə deyil ki, hansısa böyük hədəflərdən danışaq. Lakin üzərimizə düşəni edəcəyik. Hər matçda sona qədər mübarizə aparacağıq.

AÇ: Millimiz növbəti matçına çıxacaq Rauf Hüseynli yenidən “Kəpəz”də Ayxan Abbasov: “Futbolumuzun müəyyən bir səviyyəyə çatmasını istəyiriksə…” “Turan Tovuz” onu da komandada saxlayacaq - müqaviləsi uzadılacaq Yığmamız Çexiyaya böyük hesabla məğlub oldu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:613
embedMənbə:https://apasport.az
archiveBu xəbər 12 Oktyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri