Şahzadə Harri “Daily Mail”ə qarşı məhkəmə iddiasını uduzdu
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sasseks hersoqu Şahzadə Harri və digər altı iddiaçı London Ali Məhkəməsində “Daily Mail” və “Mail on Sunday” qəzetlərinin naşirinə qarşı məxfilik iddiasını uduzublar.
Yeniavaz.com “BBC News”a istinadən xəbər verir ki, Şahzadə Harri, müğənni Elton Con və aktrisa Elizabet Hörli də daxil olmaqla bir qrup iddiaçı “Associated Newspapers Limited” (ANL)-ə qarşı qanunsuz məlumat toplamaqda ittiham edərək iddia qaldırıblar. Naşir bütün iddiaları rədd edərək onları “gülünc” adlandırıb.
Məhkəmə işə iki aydan çox baxıb. Digər məsələlərlə yanaşı, iddiaçılar ANL-in səsli poçtlarını, telefon zənglərini qanunsuz olaraq dinləmək və məxfi şəxsi məlumatları əldə etmək üçün özəl müstəntiqlər işə götürdüyünü iddia ediblər.
Hakimin sözlərinə görə, iddiaçılar qanunsuz məlumat toplamaq iddialarını sübut edə bilməyiblər. O, iddiaları ciddi adlandırıb və daha inandırıcı dəlil tələb edib.
ANL məhkəmənin qərarını alqışlayaraq, bunu “Daily Mail” və onun jurnalistləri üçün böyük qələbə” adlandırıb.
Bu mövzuda digər xəbərlər:Şahzadə Harri “Daily Mail”ə qarşı məhkəmədə ifadə verib
21 Yanvar 2026 19:35
Şahzadə Harri və tanınmış simalar Daily Mail ə qarşı məhkəməni uduzub
31 İyul 2026 15:30
“Daily Mail” qalmaqalı: Şahzadə Harri apellyasiyaya hazırlaşır
07 Noyabr 2026 10:26
Şahzadə Harri və Elton Con “Daily Mail”ə qarşı məhkəmə qərarından şikayət ediblər
06 Noyabr 2026 23:05
Şahzadə Harri “Daily Mail” nəşriyyatına qarşı məhkəmə prosesində iştirak edir
19 Yanvar 2026 17:28
Baxış sayı:232
Bu xəbər 07 İyul 2026 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















