Icma.az
close
up
RU
Şahzadə Harri “Daily Mail”ə qarşı məhkəmədə ifadə verib

Şahzadə Harri “Daily Mail”ə qarşı məhkəmədə ifadə verib

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sasseks hersoqu Şahzadə Harri “Daily Mail” və “Mail on Sunday” qəzetlərinin nəşriyyatçısı olan “Associated Newspapers Limited” (ANL) şirkətinə qarşı qaldırdığı iddia üzrə məhkəmədə ifadəsini yekunlaşdırıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, məhkəmənin üçüncü günündə çıxış edən Şahzadə Harri emosional anlar yaşayıb. O bildirib ki, bu prosesdə onun üçün ən ağır məqam ANL-in “həyat yoldaşının ömrünü tam mənası ilə cəhənnəmə çevirməsi”dir. Harri əlavə edib ki, məhkəmədə bu hadisələri yenidən xatırlamaq onun üçün təkrar-təkrar yaşanan travmatik bir təcrübədir.

Şahzadə ifadəsində “Mail on Sunday” qəzetinin bir müxbirinin onun harada olduğunu bilməsinin mümkün olmadığı məkanlara qəfil gəldiyini deyərək, bunu tam miqyaslı izləmə və daimi nəzarət kimi xarakterizə edib. O, həmçinin anası Şahzadə Diananın ölümündən sonra mətbuatla münasibətlərinin hər zaman gərgin olduğunu vurğulayıb və həyat yoldaşına qarşı mətbuatın davranışlarından ciddi narahatlıq keçirdikdən sonra hüquqi addım atmağa qərar verdiyini bildirib.

Harri deyib ki, o, heç vaxt şəxsi həyatının kommersiya məqsədilə “açıq ov mövsümü”nə çevrilməsinə inanmayıb və həyatının ictimai maraq obyekti olmadığını qətiyyətlə ifadə edib. Onun sözlərinə görə, yeniyetmə yaşlarından etibarən şəxsi həyatının bütün aspektlərinə müdaxilə edilib, telefon danışıqları dinlənilib, uçuş məlumatları əldə olunub və hərəkət marşrutları izlənilib: ”Burada oturub bütün bunları yenidən yaşamaq və qarşı tərəfin müdafiə olaraq mənim məxfilik hüququmun olmadığını iddia etməsi iyrəncdir”.

Qeyd edək ki, Şahzadə Harri də daxil olmaqla yeddi tanınmış şəxs ANL-i 20 il ərzində məlumatları qanunsuz yolla toplamaqda və ağır məxfilik pozuntularına yol verməkdə ittiham edir. İddiaçılar arasında musiqiçi Elton Con, onun həyat yoldaşı Devid Furniş, kampaniyaçı Baronessa Doreen Lourens, siyasətçi Saymon Hyuz, eləcə də aktrisalar Sedi Frost və Liz Hörli də var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Yanvar 2026 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri