Icma.az
close
up
RU
Şair Dilsuz Mustafayevin 80 illik yubileyi ilə əlaqədar vəsait hazırlanıb

Şair Dilsuz Mustafayevin 80 illik yubileyi ilə əlaqədar vəsait hazırlanıb

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Dilsuz Mustafayev - 80” adlı məlumat bülleteni hazırlanıb. SİA xəbər verir ki, materialda “Dilsuz yaradıcılığı: milli siqlət və bəşəri motivlər” başlığı altında dəyərli ədibin həyat və bədii fəaliyyəti, yaradıcılığında dərin izlər buraxan Cənubi Azərbaycan problemi, publisistika sahəsində qazandığı uğurlar haqqında məlumat verilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan vəsaitdə Dilsuz Mustafayevin poeziya, bədii nəsr, publisistika, dramaturgiya, tərcümə sahələrində olan fəaliyyəti ilə yanaşı, onun çox sayda bədii, publisistik əsərlərə redaktorluq etməsi, rejissor, ssenarist bir sıra uğurlu işlərin müəllifi olması da diqqətə çatdırılır. Materialda Dilsuz Mustafayevin əsərləri, tərtib və tərcümələri, redaktoru olduğu kitablar, yaradıcılığı haqqında ədəbiyyat nümunələri, sözlərinə bəstələnmiş musiqi notlarının siyahıları sərgilənir.

İstifadəçilər materialda Dilsuz Mustafayevin müəllifi olduğu və uşaq ədəbiyyatı nümunələrinə aid olan “Azıx mağarası”, “Hacı Zeynalabdin”, “Gavur quyusu”, “Osmanlı təpələri”, “Savalan dağı”, “Şeyx şamil və anası”, “Şuşa” kimi nağıl kitablarının və redaktoru olduğu “Elçin yaradıcılığı üzərində düşüncələr”, “Dünyanı belə gördüm”, “Mənim yüzilliyim”, “Bir gecənin sirri”, “Elçin – zaman həddini aşmış sənətkar” kimi 20-dən çox kitabın biblioqrafik təsviri ilə tanış ola bilərlər.

“Dilsuz Mustafayev - 80” adlı məlumat bülleteni kitabxananın rəsmi saytında https://ryl.az/funds/melumat-b%C3%BClleteni yerləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Mart 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri