Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Şair Fikrət Sadığın yadigarı...

Şair Fikrət Sadığın yadigarı...

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Orxan Fikrətoğlu- 60

Xarakterli adamdır. Başqalarına həsəd aparmağı xoşlamır, həmişə öndə olmağa çalışır. Münasibətlərində həvəsləndirici və idarəedici xüsusiyyətlərə malikdir, əməkdaşlıqda özünü güclü şəkildə təsdiq etməyi bacarır. Tükənməz enerjisi var. Özünə güvənən, iradəli və inadkardır. Xeyirxahlığına, əliaçıqlığına, mərhəmətinə söz ola bilməz. Əgər onunla birlikdəsinizsə, ən yaxşı və keyfiyyətli məkanlara gedəcəyinizdən şübhəniz olmasın. Ən sıxıntılı vaxtlarında belə irəli çıxmağı bacarır. Çox diqqətlidir, təyin olunan görüşlərə gecikməyi sevmir. Əzmkar və çalışqandır. Hər hansı bir söhbət əsnasında, onun özünə arxayın tonda çıxış etməsi sizi təəccübləndirməsin. Sadəcə, bunu bilin ki, o, öz ağlına və fəhminə güvənən adamdır. Soy-kökünə bağlı, adət-ənənələrə sədaqətlidir...

Deyir ki:- “Mən Bakı şəhərində anadan olmuşam. Amma əslən Şamaxı rayonundanam. Şamaxının Sarıtorpaq məhəlləsindənik. Atam Şamaxıda dünyaya göz açıb. Bilməyənlər üçün deyim ki, "Şamaxı, ay Şamaxı" mahnısının sözləri atama məxsusdur. Ümumiyyətlə, biz ailə olaraq Şamaxıya çox bağlı olmuşuq. Qan bağlılığımız var. Qohumlarımızın əksəriyyəti indi də Şamaxıda yaşayır. Nəslimizin bir qolu da Çarhan kəndindəndir. Sabirabad rayonunun Qalağayın inzibati ərazisində şamaxılılar yaşayır. Orada da qohumlarımız var. Hətta sizə maraqlı bir fakt söyləyim: Suriyada və İraqda belə, Şamaxıdan köçmüş qohumlarımız var. Bir sözlə şamaxılıyam və Şamaxıya bağlılığım genetikdir...”

Ölkəmizdə çox adam onu jurnalist kimi tanısa da, əslində yazıçı, ssenarist və həm də rejissordur. Ədabazlıqdan, təkəbbürdən uzaq, qürurlu və məğrurdur. Köhnə kişilərə xas olan bir sıra xüsusiyyətləri özündə əxz edə bilib. Artıq danışmağı, ona aid olmayan məsələlərə müdaxilə etməyi xoşlamır. Necə deyərlər, yerini bilən adamdır...

“Düşünürəm ki, təkəbbür, özündən razılıq insanı inkişafdan saxlayan birinci amildir. Mən azad mühitdə, əxlaqlı bir məhəllədə böyümüşəm, o məhəllədə ki, başqasının qadınına baxmırdılar, başqasının arxasınca danışanı cəzalandırırdılar. Yəni, yazılmamış qanunların işlədiyi məhəllədə böyümüşəm və orada qazandığım əxlaqı bu günə qədər də qoruyub saxlayıram. O əxlaqda özündənrazılıq, təkəbbür əskiklikdir.”- söyləyir...

O, 1966-cı ilin mart ayının 21-də Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Moskva şəhərindəki Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə kinoda işıqçı kimi başlayıb. Müxtəlif dövrlərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının, Dövlət kino komitəsinin, “AzərTelefilm”in, “Günay” qəzetinin baş redaktoru işləyib. Dövlətlər arası “MİR” teleşirkətinin direktor müavini, “Mozalan” satirik kinojurnalının direktoru və “ANS” teleşirkətinin baş icmalçısı olub. On beş bədii, üç publisitik kitabın müəllifi, onlarla bədii filmin ssenaristidir. Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb...

Deyir ki:- “Məncə, jurnalistika avantüra ilə ədəbiyyatın qarışığıdır. Həsən bəy Zərdabidən üzü bu tərəfə Azərbaycanda jurnalistika institutut olaraq hələ formalaşmayıb. Jurnalistika fəlsəfədirmi, ədəbiyyatdırmı, hələ bilinmir nədir. Məsələn, mən xəbər dilinə virus salmışam- indi xəbərdə ədəbiyyat dili, ironiya, Mirzə Cəlil gerçəkliyi var. Məndən əvvəl xəbər dili belə danışılmırdı, “Zorxana” ilə başladı. Bəlkə də bu, peşəkar jurnalistikadan sapmadır. Ancaq bu mənim yolumdur. Xəbəri loru dildə, asan dildə çatdırmaq... Bir sözlə, povestlərimi, romanlarımı kənara qoyub televiziyaya gəldim. Niyə gəldim? Çünki kənarda qala bilmirdim. Azərbaycanlının atadan övlada qalan ən böyük varı hüquqi, sivil dövlət ərazisi yaratmaqdır və mən bununla məşğulam, bunu əlimdə silah edə bilməzdim ki? Bilirsinizmi, mən Rusiyada təhsil almışam. İstəmirəm ki, biz yenidən kiminsə tapdağı altında olaq. İqtisadiyyatımız dirçəlir, iqtisadiyyatın dirçəlməsindən istifadə edib ruhaniyyətimizi də dirçəltməliyik, çünki böyük sənətlər böyük saraylarda yaranır. Nə deyirsinizsə deyin. Şirvanşah sifariş verməsəydi Nizami “Leyli və Məcnun”u, Firdovsi “Şahnamə”ni yazmayacaqdı. Bax, bu gerçəkliklər var...”

İlk hekayəsi 1981-ci ildə “Kirpi” jurnalında çap olunub. Ondan sonra dövrü mətbuatda yüzlərlə hekayə, povest və publisistik yazılar çap etdirib. Əsərləri İran, Türkiyə, Bolqarıstan, İsveç və bir sıra dünya ölkələrində nəşr olunub. "Yeddi" romanı Almaniyada mükafata layiq görülüb. Onun hekayələri OKSFORD Universitetinin dərsliklərinə salınıb. Bir sıra Respublika mükafatları laureatıdır. Hekayələri "Dünya Nəsr Antalogiyasına" düşüb. "TAS", "Qıyığın ölümü", "Şəkilçi və şəkilçi" pyesləri ölkə teatrlarında səhnələşdirilib. 2023-cü ildən mədəniyyət nazirinin müşaviridir. Arada Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru vəzifəsini də icra edib...

Bəli, budəfəki söhbətimin qəhrəmanı, unudulmaz şair Fikrət Sadığın yadigarı- Orxan Fikrətoğludur. Martın 21-i, baharın ilk günündə Orxan bəyin 60 yaşı tamam olur. 60 rəqəmi adətən zamanın ölçülməsində istifadə olunur, yəni 60 saniyə dəqiqəni, 60 dəqiqə isə saatı tamamlayır. Bu rəqəm mələklərin Numerologiya sistemində həmçinin harmoniya, sabitlik, tarazlıq, məsuliyyət və balansı ifadə edir. Nə isə, Orxan Fikrətoğlunu 60 yaşı münasibətilə təbrik edirəm. Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 Mart 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri