Icma.az
close
up
RU
Görəsən, görərmiyəm, Şuşanı bu qışa kimi? Fikrət Sadığın şeirləri

Görəsən, görərmiyəm, Şuşanı bu qışa kimi? Fikrət Sadığın şeirləri

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün şair, publisist Fikrət Sadığın doğum günüdür.

Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.

ŞÜŞƏ KİMİ

Şuşa yadıma düşəndə,
Qəlbim sınır şüşə kimi.
Görəsən, görərmiyəm,
Şuşanı bu qışa kimi.

Alınmaz qalaydı, gərək,
Qala da qalaydı gərək!
Şuşa dağılaydı gərək,
Son yaralı daşa kimi.

Vaqifin məzarı ağlar,
Ağlar o dərələr, dağlar.
Solub doğma bağça, bağlar.
Bu başdan, o başa kimi.

Torpaq dözmür yad təpiyə,
Bax, bu dərəyə, təpəyə.
Çıxıbdı fəryadı göyə,
Kədərli tamaşa kimi.

MAQNİTOFON LENTİNƏ DÜŞMƏYƏN SƏS

Gəldi, qurdum maqnitofonu
Dedi: - Oğul, söndür onu!

Gəlməmişəm əlvida deməyə,
Gəlmişəm, səni görməyə.

Dedi: - Bir kəlmə söz de, yazım.
Dedim: - Axı niyə lazım, kimə lazım?

Mən dünyada olmayanda,
Bulaqların, çayların
Küləklərin, yağışların,
Ulduzların, günəşlərin
Səsində axtar məni!

Elə bu da bəsimdi,
Təbiət mənim səsimdi.
Mən də onun bir zərrəsi!

Barı deyirəm,
Məndən sonra bir insan,
Yoxluğumu dərd eləsin.
Əgər, məni unutmasan,
Sənin səsində qalacaq
mənim səsim.
Hər yeni nəvə-nəticəmdə
qayıdacaq yenə - Yerə.
İndi, gəl yanımda otur,
Saxla maqnitofonu, oğul!

2003

ATA GÖZÜYLƏ

Orxan - mənim sözümdü.
Ocağımdı, közümdü.
Canım, ciyərim, qanım.
Görən iki gözümdü.
Mən sönmüşəm, amma o,
Özü boyda dözümdü.
Odur məni yaşadan,
Orxan - mənim özümdü.
Məndən sonra dünyada,
Nişanəmdi, izimdi.

Orxan - obam-elimdi,
Günüm, ayım, ilimdi.
Hər sözü dərin ümman,
Hər kəlməsi elimdi.
Onun doğruçu dili,
Elə mənim dilimdi.
Acı həqiqətlərdən
Dili dilim-dilimdi.
Bu əyri zəmanədə
Düz danışmaq - zülümdü.

Mən sönmüşəm haçandı,
Orxan işıq saçandı.
Mən dağınıq, didərgin,
O, bitkindir, yığcamdı.
Ay dolusu piyalə,
Günəş dolusu camdı.
Orxan - mənim şeirimdi,
Qafiyəmdi, hecamdı.
Orxan - Məkkəm, Mədinəm,
Din-imanım, Həccimdi.

Orxan - mənim balamdı,
Səngərimdi, qalamdı.
Orxan - qayğı çəkəndi,
Orxan - qeydə qalandı.
O qədər məğrurdur ki,
Görən deyir "kalan"dı.
Onun varı-dövləti,
Bir kağız, bir qələmdi.
Baxışı, duruşu şax,
Nitqi başqa aləmdi.

Orxan - mənim səsimdi,
Canımda nəfəsimdi.
Şöhrətini neynirəm,
Təkcə, adı bəsimdi.
Orxan Orxan olandan,
Azadlıq təşnəsidi.
Azaddı, müstəqildi,
Ölkədə hər kəs indi.
Doğru danışmayasan
Neyləyəsən, bəs indi?!

Bakı, 2001-2005-2015

KƏSƏ SÖZLƏR

Qan təzyiqi

Bəzi məmurlar kimi
Qalxdığı yerdən
düşmək istəmir,
a kişilər!
Belə-belə işlər!

2005

ADAM TAPILMIR

Adam qəhətə çıxıbdı,
Özüm-özümlə dərdləşirəm.
Bu da bir cür ömürdü,
Mən də bir cür - bəşərəm.

2005

ANA DİLİN

Sənin Ana dilin dövlət dilidir,
Sən Ana dilini aləmə bildir.
Yoxsa özgə dildə lövhələr asmaq,
Sənə görə hələ günah deyildir...

Kim icad elədi bu yaltaq dəbi?
Bu ikiüzlülüyün nədir mətləbi?!
Özün yaz, özün də oxuya bilmə,
Təki razı qalsın beş-üç əcnəbi.

Dünyanı gəz, axtar, gör yad elində,
Bir yazı varmola sənin dilində?
Sən sözdə azadsan, işdə mütisən,
Kiməsə tabesən hər əməlində.

2007

BİR DAHA KİTAB HAQQINDA

Bir yerdə soruşdum gəlib keçəndən,
Tanıyan olmadı kitabxananı.
Çörək hayındadı cümlə el-vətən
Kitab oxumağa indi vaxt hanı?

Lap şair şairin, alim alimin,
Kitabını açmır, dəyişib zaman.
Ən yaxın dostlar da biri-birini,
Ya qəsdən oxumur, ya paxıllıqdan.

Ara qarışıbdı, məzhəb itibdi,
Qardaşın qardaşa yanmayır canı,
Sənə nə düşüb ki, bu basabasda,
Düşüb axtarırsan kitabxananı.

Bu günlər heç kəsi bəyənmir heç kəs,
Hamı özəl olub, güdür özünü.
İndi mərifət bir qəpiyə dəyməz,
Kitab, kitabxana dedi sözünü.

İndi oyun gedir, sərvət oyunu,
Hər tində bank çıxır qarşına sənin.
Bir də kitabxana gəzib soruşma,
Yoxsa, söz qəhətdi başına sənin.
Sumqayıt, avqust, 1988

QALSTUK BAĞLAMAQ

Əvvəl bax gör
əynindəki kostyuma
yaraşırmı, ya yox,
rəngi rənginə düşürmü?
Bütöv aç, uzat qolların uzunu,
sonra boynuna dola.
Bir ucunu, o biri ucunun
üstünə qoy, düyün vur.
Əvvəlki ucunu
o düyündən keçirib,
çək aşağı.
Sonra düyünü yuxarı apar!
Belə olmaz, balam!
Qalstuku düz tut!
Əvvəl, qalstuk bağlamağı öyrən ,
Sonra müdir ol!

2015

BAX

Şəhərə yuxarıdan baxmazlar, dadaş!
Külək süpürüb, yağış yuyub damları.
Par-par parıldayır dam-daş
Baxırsan, aşağıdan bax, şəhərə!

Bax, küçələrə, dalanlara,
fikirli adamlara
Birtəhər başını girləyir hərə
Yuxarıdan görünməz bunlar
Şəhəri tanımaq üçün,
evlərin sakinlərinə bax!
Səkilərinə yazılıb,
evdə olanlar.

2003

BELƏ DÜNYANI NEYNİRƏM

Hər yerdə yol kəsir yolu,
Belə dünyanı neynirəm.
Yolu yolkəsənlə dolu,
Belə dünyanı neynirəm.

Adamları ikiüzlü,
Dili teyxa haça sözlü.
Üstü açıq, altı gizli,
Belə dünyanı neynirəm.

Otları var acı, şirin,
Məskənidir, xeyrin, şərin.
Adlatmasıdır bəşərin,
Belə dünyanı neynirəm.

Yolçu yolda - necə olar,
Günü - gündüz, gecə olar.
Yol qurtarar, o heç olar,
Belə dünyanı neynirəm.

Səfası çox, vəfası yox!
Cəfası çox, səfası yox!
Qadağa çox, rəvası yox!
Belə dünyanı neynirəm.

Haqdır, demir düz deyənə
İşıq vermir gözləyənə
Şərikdir şər söz deyənə,
Belə dünyanı neynirəm.

Bu gəraylı - yeddibənddi!
Birər dərddi hər bir bəndi.
Bu - açılmaz qıfılbəndi,
Belə dünyanı neynirəm!

2015

Bakıda “Afrika kinosu” günləri keçiriləcək Əbəs yerə göz vurmurdu çadra altdan o qız mənə - Yeseninin "İran nəğmələri" Evdən çölə çıxmayan, ədəbiyyatı "zay günə" qoyan qadın
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://kulis.az
archiveBu xəbər 30 May 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see178

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri