Icma.az
close
up
RU
Şair olmaq istəməyən xalq artisti...

Şair olmaq istəməyən xalq artisti...

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Olduqca inadkar adamdır. Məqsədinə nail olanadək yorulmadan çalışır. Dürüstlük vəetibarlılıq onun üçün çox vacibdir. Fədakarlıqalın yazısıdır. Haqsızlıqla qarşılaşanda tərəddüdetmədən mübarizəyə atılır. Dostluqdaetibarlıdır, dostlarına sonadək sadiq qalır. Ədalət onun üçün çox önəmlidir. Planlı vənizamlı şəkildə hərəkət etməyi xoşlayır. Yaxşıintuisiyası var, hadisələri əvvəlcədən hiss edəbilir. Azadlıq aşiqidir, məhdudiyyətə nifrət edir. İnsanları sevən, lakin tünlükdən qaçan adamdır. Sülh və əminamanlıq onun ən böyük istəyidir. Çox ciddi və düşüncəli olduğu üçün öz üzərinəməsuliyyət götürməkdən çəkinmir. Bir azdərvişliyi də var- dünyanı yaşamaq üçün ideal yer hesab etmir və adətən tək qalmağa üstünlükverir. Bir sözlə, onu insanlara sevdirən ədalətlivə vicdanlı olmasıdır. Analitik idraka malik olduğuna görə, nəyisə sınaqdan keçirmədənqərar vermir. Onun üçün kəmiyyət yox, keyfiyyət daha üstündür. Lazımsız yerlərə pulxərcləmir, israfçılıqdan çəkinir...

Deyir ki, “teatr hər zaman olub. Əvvəl də var idi, bu gün də var. Teatr ayrı-ayrılıqda birprosesdir, haqqında danışarkən onu əsasən ikimərhələyə, sovet və müstəqillik mərhələsinəbölmək lazımdır. Təbii ki, bu dövrlərdə teatrınuğurlu, uğursuz vaxtları da olub. Məsələn, SSRİ dövründə böyük bir imperiyada Azərbaycanteatrı, Azərbaycan aktyorları çox böyük işlərgörüblər, çox yüksək sənət əsərləri göstəriblər. Bu dövrdə çox böyük sənətkarlar yetişib. Müstəqillik dövrünə gəldikdə isə, ilk vaxtlarbütün sahələrdə olduğu kimi, teatrda da birdurğunluq yaşandı. Bu, hamı üçün gözlənilməzidi. İctimai formasiya dəyişirdi. Nəyin necəolacağını bilmirdik. Amma indi bütün buproseslər öz yoluna düşüb və necə deyərlər, hərşey yaxşılığa doğru gedir. Öz fikirlərimitəsdiqləmək üçün təkcə bir faktı deməkistəyirəm. Bu il biz Azərbaycanda ilk dəfəmüstəqil teatrların festivalını keçirdik. Səmimideyim ki, mənim də xəbərim yox idi, biz festival keçirəndə gördük ki, Bakıda 20-yə yaxın müstəqil teatr var. Bu çox gözəlgöstəricidir, buna sevinmək lazımdır. Əlbəttə, bu teatrların çoxunun müstəqil binası yoxdur, stabil heyəti yoxdur, bir çox problemləri var. Amma bu yeni formalaşan məsələdir. Getdikcədaha da yaxşılaşacaq. Qeyd edim ki, Bakıda hərzaman teatr və teatrı sevən insanlar olub. Əgərbiz yaşda aktyorlar hələ teatrdan bezibgetməyibsə, deməli, hər şey yaxşıdır”.

Söhbət prezidentin fərdi təqaüdçüsü, xalq artistiVidadi Həsənovdan gedir. O, 1958-ci ilin iyulun16-da Gəncədə anadan olub. Orta təhsilini oradabaşa vurub. 1979-cu ildə hərbi xidməti başavurduqdan sonra Cəfər Cabbarlı adına Gəncədövlət dram teatrında fəaliyyətə başlayıb. Dahasonra Azərbaycan Dövlət Mədəniyyət vəincəsənət İnstitutunda dram və kino aktyoruixtisasına yiyələnib. 1986-cı ildən həmin elm məbədində müəllim kimi çalışır. "Estrada rejissoru" kafedrasının dosentidir. Eynizamanda "Media Company"-nin nəzdindəyaradılmış "M. Teatr Production"un bədiirəhbəridir. 2008-ci ildə "Şair olmaq istəmirəm" adlı şeirlər kitabı işıq üzü görüb. Avropakinematoqrafçılar Assosasiyasının xətii iləTibilisidə və eləcə də Moskvada ssenaristlərkursunu keçərək, beynəlxalq sertifikatlar alıb...

“Bəlkə də, bir az bəsit müqayisə olacaq, ancaqyenə də deyim. İnsan ac olanda yemək istəyir. Ac olmayanda yeməyə ehtiyac duymur. Teatr da insanın digər ehtiyacları kimidir. Adam var ki, özündə teatra getmək ehtiyacı duyur, adam da var ki, onun üçün teatrın varlığının və yayoxluğunun elə bir əhəmiyyəti yoxdur. Sən nəqədər təbliğat aparsan da, izah etməyə çalışsanda- "mənə teatr lazım deyil", deyəcək. Bu, normal haldır. "Bizim insanlar niyə teatragetmirlər?",-sualı ritorikdir. Bu sualın cavabıyoxdur. Heç kəs bu suala cavab verə bilməz. Getmək istəyən teatra gedəcək, getməkistməyən də getməyəcək”,- söyləyir.

Bir sıra əsərlərin səhnələşdirilməsindərejissorluq edib. Eləcə də tetrda və iyirmi beşəyaxın filmdə aktyor kimi müxtəlif obrazlarıcanlandırıb...

Deyir ki, “indi bir çox insanlar ancaq nostaljihisslərlə yaşayırlar, müasir filmlərə baxmadan, müqayisə aparırlar. Mən bir neçə festivaldaiştirak etmişəm. Həmin festivallardaAzərbaycanın yeni filmləri nümayiş olunub. O filmlər haqqında orada yüksək fikirlər deyilib. Hətta, Kazan festivalında bir çox peşəkaradamlar, böyük mütəxəssislər bu filmlər barədəçox yüksək fikirlər səsləndiriblər. Mən şəxsənbunun şahidi olmuşam və o fikirləri sosialşəbəkələrdə paylaşmışam. Belə olan halda indibelə filmlərin pislənməsilə bağlı fikirlərlə necərazılaşmaq olar? Gəlin, "Bəyin oğurlanması" filmini misal göstərək. Aktyorlar da, rejissorlarda, kinoşünaslar da qeyd edirlər ki, öz bədiidəyərinə görə bu film o qədər də yüksək filmdeyıl. Daha çox regional filmdir. Düzdür, oradadeyilən hər söz insanların dilindədir, oradadeyilən hər söz zərbi-məsələ çevrilib. Amma bufilm bədii dəyər baxımından zəif filmdir. Sənonu götürüb Azərbaycandan hansısa festivalaaparsan, heç onu müsabiqəyə də salmazlar. Ancaq uşaqdan-böyüyə hamı o filmi sevir. "Əhməd haradadır" filmini sevməyən var? Ancaq ona kateqoriya veriləndə ən aşağkateqoriya verilmişdi. Amma bizim eləmürəkkəb, elə qəliz filmlərimiz var ki, onlaruğur qazanıblar. Ola bilər ki, o filmlərAzərbaycanda göstərilər və bəyənilməz. Ancaqbu, o demək deyil ki, həmin filmlər uğurludeyil. Bu baxımdan Azərbaycanda kino prosesiçox uğurlu gedir. Hər sahənin çatışmayancəhətləri olduğu kimi bu sahənin də çatışmayancəhətləri var. Əsas məsələ də maddi məsələdir. Bu məsələ həll olunsa, biz daha yaxşı filmlərçəkə bilərik”.

Bəli, xalq artisti kino sənayesindəki problemlərigörür və çox narahatdır. Haqlı iradları var: “bizdə bu qədər tarixi filmlər çəkilib. Hansındanrazı qalmısınız? Ona görə tarixi seriallarçəkilməsə yaxşıdır. O cür serialları çəkmək asanməsələ deyil. Paltardakı detallar, sifət cizgiləri, təbiət mənzərələri və sair çox dəqiq olmalıdır. Buna isə külli miqdarda vəsait lazımdır. Türkiyəseriallarına baxın, demək olar ki, dünyateleməkanını zəbt ediblər. Elə bir ölkə yoxdurki, orada türk serialları nümayiş etdirilməsin. Təbii ki, o səviyyəyə gəlib çatmaq üçünpeşəkarlıqla yanaşı, maddi vəsait də əsasdır. Məsələn, bəzi deputatlarımız müəyyənməsələlərin həllində dünya təcrübəsini misalgətirirlər. Eyni şəkildə kinomuzun, teatrımızınproblemlərini də dünya təcrübəsinə uyğun həlletmək olar. Çünki hər şeyi dövlətdən gözləməkolmaz. Ən azı ona görə ki, bu gün bizimbərpasını gözləyən Qarabağımız var. Düzdür, hər sahədə olduğu kimi, bu sahədə də müsbətyanaşmalar var. Ancaq nə edəsən ki, hələ dənəticə o deyıl”,- deyib köks ötürür...

Ümumiyyətlə, Vidadi Həsənov zəhmətkeşadamdır. Necə deyərlər, arı kimi səhərdənaxşamadək çalışır. İnanır ki, Azərbaycankinosunun ən böyük uğurları hələ qabaqdadır...

İyulun 16-sı haqqında danışdığım xalq artistinin67 yaşı tamam oldu. Onu bu münasibətlə təbrikedir, möhkəm can sağlığı arzulayıram...

Elman Eldaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 İyul 2025 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri