Icma.az
close
up
RU
Şairə söz qadağası qoyula bilməz

Şairə söz qadağası qoyula bilməz

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Coşqun XƏLİLOĞLU

Bu il iyul ayının 6-da qocaman mətbu orqanlardan biri olan "Vışka" qəzetinin nəzdində fəaliyyət göstərən "Neftçi" Ədəbi Məclisinin yaranmasının 27-ci ildönümü tamam oldu. "Neftçi" Ədəbi Məclisi" "Vışka" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Mədinə Həsənovanın xeyir-duası və neftçi, şair-dramaturq Zaməddin Ziyadoğlunun, eləcə də digər neftçi-şairlərin təşəbbüsü ilə yaranmışdı. O vaxtlar mətbuata, ədəbiyyata daha çox sevgi və maraq var idi.  "Neftçi" Ədəbi Məclisi"nin yaradılmasında əsas məqsəd neft-qaz sənayesində çalışan və bədii yaradıcılıqla məşğul olan müxtəlif peşə sahiblərinin şeirlərinin çap edilməsinə kömək etmək, onları yaradıcılığa ruhlandırmaq idi.

İlk toplantıda Mədinə xanım qeyd etdi ki, uzun illərdir "Vışka" qəzetininin nəzdində rusdilli oxucuların bədii yaradıcılığına güzgü tutan "Rodnik" Ədəbi Birliyi uğurla fəaliyyət göstərir. Müstəqillik dövründə qəzetimizin səhifələrində həm rus, həm də doğma ana dilimizdə yazılara yer verildiyini nəzərə alaraq bədii yaradıcılığa meyil edən həvəskar şairlərin qələm təcrübələrini də dərc etməkdən məmnun olarıq.

Yarandığı ilk illərdə "Neftçi" Ədəbi Məclisinin fəaliyyəti çox məhsuldar oldu. Hər ayın sonuncu cümə günü məclis üzvləri qəzetin redaksiyasına toplaşar, yeni şeirlərini oxuyar, müzakirələr aparardılar. Neftçi-şairlər Mollalar Əşrəf, Pənah Nehdiyev, Vahid Hacıyev, Nazim Aslan Bozalqanlı, Oqtay Hüseynzadə, Əliheydər Babayev, Füzuli Canıyev məclisin ən fəal üzvləri idilər. Həvəskar şairlərlə yanaşı, Zaməddin müəllimin dəvəti ilə tanınmış ədəbiyyat adamları da tez-tez bu görüşlərə gələrdilər. Nəriman Həsənzadə, Nizami Cəfərov, Oqtay Rza, Şəmşad Rza, Həmid Abbas, İlyas Tapdıq, Oqtay Salamzadə kimi tanınmış söz adamları ilə ünsiyyət necə də xoş və maraqlı idi.

Neftçi şairlərin növbəti yığıncaqların birində, səhv etmirəmsə, 2000-ci ildə tanınmış şair Akif Səməd və şair Mahmud Vəli ilə "Vışka" qəzetinin redaksiyasnda görüşdük. Görüşdə ənənəvi olaraq söz adamları şeir oxudular. Şux görkəmli, səliqəli geyimli Akif Səməd özünəməxsus bir üslubda səmimi fikirlərini bildirdi, çətin və şərəfli peşə sahiblərini dinlədikdən sonra onların şeir yazmalarını təqdirəlayiq hal hesab etdiyini bildirdi. Qeyd etdi ki, yaşadığımız diyar neft-qaz ölkəsidir, bununla belə, dünyaya göstərməliyik ki, biz müdrik xalqıq, dərin təfəkkür sahibiyik. Həmişə haqqın, ədalətin yanındayıq. Qərbin ikili siyasətinin səhv olduğunu onlara zəkamızla, siyasətimizlə, əməlimizlə başa salmalıyıq. Heç vaxt müqəddəs torpaqlarımızın yağıların tapdağında qalmasına dözə bilmərik və hər qarış torpağımızı düşməndən alacağıq. 

O, oxunan hər bir şeir haqqında da obyektiv fikrini bildirdi. Mənim üçün xoş idi ki, Akif Səməd yazdığım şeiri bəyəndi və xoş sözlərini dedi. Yaxşı yadımdadır,  şeirin bir yerində "Türmə" sözü işlətmişdim. Bəziləri bu sözə etiraz edəndə, gülərək, "Şairə söz qadağası qoyula bilməz" - dedi.

Bu gün biz Akif Səmədi sevgiylə xatırlayırıq. Maraqlıdır ki, iyul ayının 22-də, Milli Mətbuat və Jurnalistika Gününə təsadüf edən şanlı, tarixi bir gündə nəcib, həssas qəlbli bir insanın - həm görkəmli şair və həm də istedadlı, iti qələmli jurnalistin  67 yaşı tamam olur.

Xəyalən Akif Səmədə səslənirəm:

- Həmişə qəlbinizi sızladan, işğalına dözə bilmədiyiniz, doğma yurda gedə bilmədiyinizə kədərləndiyiniz, yüksək poetik dillə qələmə aldığınız Şuşa yenə bizimdir. Bu şeirinizi  oğlunuz, gənc yazıçı Ulucay Akif ruhunuza böyük ehtiramla 2022-ci ildə Şuşada keçirilən Vaqif Poeziya Günlərində səsləndirdi. Şeirinizin sədaları Şuşaya yayıldı və Siz də ruhunuzla Şuşanı ziyarət etdiniz.

Bu halal yolnan, yoldaşnan

Şuşaya gedə bilmirəm.

Bir belə qohum-qardaşnan

Şuşaya gedə bilmirəm.

Qazağıq, özbəyik, türkük,

Tarixdə çoxuna görkük,

Həsrətdə, dözümdə bərkik

Şuşaya gedə bilmirəm.

Ulduzuq nədə bilirəm,

Bilirəm, dədə, bilirəm,

Evimə gedə bilirəm.

Şuşaya gedə bilmirəm.

Şuşasız evim evdimi?

Dözən mənəmmi, devdimi,

Kimə söyləyim dərdimi

Şuşaya gedə bilmirəm.

Şuşada güllər gülürmü?

Dağına duman gəlirmi?

Xudu müəllim bilirmi -

Şuşaya gedə bilmirəm.

Türk olmaq günahmı oldu?

Günahkar segahmı oldu?

Təbrizdən uzaqmı oldu?

Şuşaya gedə bilmirəm.

Şuşa, Xankəndi, Laçın, Qubadlı, Kəlbəcər... əbədiyyətə kimi bizimdir. Biz Şuşaya, doğma yurdumuza sərbəst şəkildə, qürurla, fəxrlə gedə bilirik. Biz artıq hünərimizə dünyanın ən böyük dövlətlərinin, güc mərkəzlərinin heyran qaldığı qalib dövlətik. Siz isə fiziki cəhətdən bu dünyadan 22 il əvvəl köçsəniz də, həmişə sevilən söz adamı kimi qəlblərdə yaşayırsınız. Gənclərimiz, milli ruhlu şeirlərinizi sevə-sevə oxuyur, saflaşırlar.

Yaşınız mübarək, unudulmaz, sevimli şair Akif Səməd!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://525.az
archiveBu xəbər 24 İyul 2026 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri